ÖDƏNİŞLİ YOLLAR - Vaxta və yanacağa qənaət...
Yusif Nəzərli
10:27 26.08.2022
Cəmiyyət
490
Vətəndaşlar bu yollardan istifadə etdikdə pullarını çölə atmayacaqlar
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ilk ödənişli yolunu bu ilin sonuna kimi istifadəyə verməyi planlaşdırır. Bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturu layihələrinə cəlb edilməsi üçün alınmış yol texnikası və maşın-mexanizmlərin təqdimatında deyib.
Onun sözlərinə görə, yolun tikintisi başa çatmaq üzrədir: "Yolda cəmi 27 kilometr asfaltlanmamış hissə qalıb. Hazırda ödəniş üçün turniketlərin qoyulması işi aparılır. Eyni zamanda yolla hərəkət edəcək ağır tonnajlı maşınların müəyyənləsdirilməsi üçün tərəzilər quraşdırılır. Yəqin ki, bu ilin sonuna kimi yolun istismara verilməsinə dair üzərimizə götürdüyümüz öhdəliyi yerinə yetirəcəyik".
Ödənişli yolun digər yollardan fərqini “Sherg.az"a dəyərləndirən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu yol sürücülərin daha rahat və sürətli səyahətini təmin edəcək: “Ödənişli yolla bərabər ödənişsiz yollar da eyni keyfiyyətdə və eyni rahatlıqla istismara veriləcək. Ənənəvi yol hazırda təmirdədir. Onun alternativi isə ödənişli yoldur. Yəqin ki, əsas yolun təmirinə qədər ödənişli yollar istifadəyə verilməyəcək. Bir müddət sonra sürücülər hər iki yoldan rahat istifadə edə biləcəklər. Ödənişli yolla digər yolun müəyyən fərqləri də var. Həmin yol heç bir xətlə kəsişmir, şəhər və qəsəbələrin içindən keçərək sürət həddinə təsir etmir. Təxmini digər yoldan 20 km daha yaxındır. Bəzi sürücülər vaxtlarına qənaət etmək üçün bu yoldan istifadə edəcək. Bu yollar xüsusən də Bakı-Quba-Rusiya sərhədi boyunca hərəkət edən xarici yük və minik avtomobillərində daha çox maraq yaradacaq. Vətəndaşlarımız xaricə səfər edəndə də pullu yollara daha çox üstünlük verirlər. Düşünürəm ki, onlar ödədikləri pulu çölə atmırlar. Əksinə, vaxtda və yanacaqda qənaət etmiş olurlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm