Ölkə başçısına minnətdarlıq: “Azərbaycan gözəgörünməz virusla da uğurla mübarizə aparır”
11:05 17.06.2020
Cəmiyyət
514
Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Gəncə şəhər sakini Rauf Abbasovun dövlət başçısına məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Azərbaycan bütün gözlənilməz hallara hazır olduğu kimi, bu gözəgörünməz virusla, təhlükəli düşmənlə də uğurla mübarizə aparır. Pandemiyanın ən kəskin günlərində belə biz digər ölkələrlə müqayisədə daha yaxşı statistika ortaya qoya bildik. Bu üç ay ərzində Azərbaycan beynəlxalq səviyyəli konfranslardan kənarda qalmadı. Biz bu dövrdə ölkəmizin texniki imkanlarının da yaxşı vəziyyətdə olduğunu gördük. Azərbaycanın ev sahibliyi ilə, Sizin müdrik rəhbərliyiniz sayəsində nüfuzlu beynəlxalq videokonfranslar keçirildi. Daha sonra dövlət hakimiyyəti orqanları öz sahələri üzrə videokonfranslar yolu ilə fəaliyyətlərini qurdu. Yəni görünən odur ki, ölkəmizdə heç bir sahədə işlər axsamadı. Demək ki, bu şərtlərdə də yaşamaq, müəyyən ölçüdə evdən də işləmək, dövləti uğurla idarə etmək mümkün oldu. Eyni zamanda, bütün təhsil ocaqlarımız da distant şəkildə idarə olundu. Bu da bir sınaq, keçid dövrüdür. Düşünürəm ki, insanlarımız nikbin olmalıdır, Sizin uzaqgörən siyasi baxışınız nəticəsində, el birliyi ilə biz bu problemi də aşacağıq. Allah Sizi qorusun, cənab Prezident. Biz həmişə Sizinləyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm