Ölkədə bazar iqtisadiyyatı elan olunub - Arıçılara dəstək lazımdır!
Yusif Nəzərli
09:34 26.08.2022
Cəmiyyət
532
Ölkədə bazar iqtisadiyyatı elan olunub
Dövlət qurumları və məmurlar arıçıların işinə qarışmamalı, yalnız onlara dəstək olmalıdırlar
Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmisi Astara arılarının qanunsuz olaraq rayon ərazilərində yerləşdirilməsinə münasibət bildirib. O, arıçılara bir daha Nazirlər Kabinetinin 16 nömrəli qərarını xatırladaraq xəbərdarlıq edib.
Bildirilib ki, Nazirlər Kabinetinin 16 nömrəli qərarı ilə arıların kənar rayonlara aparılması istiqamətləri müəyyən edilib: "Astaradan arıların Biləsuvara gətirilməsi yolverilməzdir. Çünki iqlim şəraiti eyni deyil. Məhz arıların Biləsuvara gətirilməsi buradakı arı ailələrinə pis təsir göstərib. Belə ki, burada arılar xəstələnib və tələf olub. Rayon icra hakimiyyəti olaraq biz bunun qarşısını almaq üçün müvafiq reydlər aparmışıq və onların sahibləri ilə maarifləndirmə işləri görmüşük. Həmçinin gələcəkdə belə neqativ halların baş verməməsi üçün müvafiq dövlət qurumlarına müraciət olunub".
Qeyd edək ki, arıçılıq Azərbaycanda illərdir fəaliyyət göstərən peşə sahələrindəndir. Bəs arılar başqa iqlimə daşındıqda nə baş verir? Bu sahə ilə məşğul olanlar nəyə diqqət etməlidirlər?
Müəyyən regionda arının yetişdirilməsi sahibkarın öz qərarı ilə olmalıdır deyən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli “Sherg.az"a danışıb. O bildirib ki, dövlət qurumları və məmurlar arıçıların işinə qarışmamalı, yalnız onlara dəstək olmalıdırlar: “Məmur-sahibkar münasibətlərini qanun tənzimləyir. Ölkədə bazar iqtisadiyyatı elan olunub və bunun da öz qaydası var. Bu qaydalara əsasən onlar istədikləri kimi mallarını istehlak edə bilərlər. Harda arıçılığı inkişaf etdirmək olar, harda arılar üçün yararlı bitkilər və çiçəklər var, sahibkarlar çox gözəl bilirlər. Onlar müstəqil olmalıdırlar və fəaliyyətlərinə inzibati qaydada heç bir müdaxilə edilməməlidir. Ölkəmizdə hər zaman arıçılığa dəstək göstərilib. Bu dəstək və stimullaşdırıcı tədbirlər artırılmalıdır. Elə şərait yaradılmalıdır ki, insanlar arıçılığın marağında olsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm