“Ölkəmiz təkcə “Microsoft”la yox, digər İKT şirkətləri ilə də əməkdaşlıq edir”
Banuçiçək Kalbalıyeva
09:04 17.06.2020
Cəmiyyət
991
İyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Görüşdə bir sıra vacib məsələlər müzakirə edilib.
Həmçinin “Microsoft” şirkətinin rəhbərliyində təmsil olunmuş şəxslər ölkəmiz haqqında yüksək fikirlər səsləndirib, əməkdaşlığın perspektivlərini dəyərləndiriblər. Bildirilib ki, Azərbaycanla “Microsoft” arasında uğurlu əməkdaşlıq qarşıdakı illərdə daha da gücləndirəcək. Nəticədə piratçılığa qarşı mübarizə də sürətlənəcək.
İnternet-media eksperti Səbuhi Abbasov videokonfrans haqqında “Sherg.az”a danışarkən bunun əhəmiyyətini yüksək qiymətləndirib:
“Əlbəttə, çox yaxşı, perspektivlər vəd edən görüşdür. Məhz belə görüşlər sayəsində Azərbaycanda İKT alətləri daha da optimallaşacaq. Həmçinin innovativ alətlərin tətbiqi sürətlənəcək”
S. Abbasovun sözlərinə görə, ölkədə bu sahənin inkişafına xüsusi diqqətlə yanaşılır:
“Azərbaycanda İKT mühiti artıq formalaşıb. Ölkəmiz təkcə “Microsoft”la yox, İKT sahəsindəki digər şirkətlərlə də əməkdaşlıq edir və bunlar öz səmərəsini verir. Son üç ildə paytaxtla yanaşı, regionlarda da lokal layihələr həyata keçirilir. Bu isə xüsusilə tələbələr, gənclər üçün vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm