Ölkənin internet dərdi ! – Şikayət çox, işə baxan yox ! - NARAZILIQ !
Banuçiçək Kalbalıyeva
10:14 03.12.2020
Cəmiyyət
730
“Göndərilən internetin sürəti mütləq müqavilədə göstərildiyi kimi olmalıdır”
“Buna texniki imkan da var. Yox, internetin sürəti razılaşdırıldığı kimi deyilsə, onda günah yalnız provayderdədir, vəssalam!”
“Evimizə fiber optik internet çəkdirəndən internet çox zəifləyib. Dəfələrlə şikayət etmişəm. Nazirlikdən tapşırırlar. Yasamal qovşağında bir rəis var. Deyir, icazə ver, usta gəlib ölçsün. Mən də icazə verirəm. Usta gələnə yaxın internet başlayır yüksək sürətlə işləməyə. Ölçüb göstərirlər ki, hər şey qaydasındadır. Gedəndən 1 saat sonra yenə kəsirlər”.
Bu sözləri Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov özünün “Facebook” hesabında yazıb.
O qeyd edib ki, indi bir həftədir, ümumiyyətlə , internet yoxdur:
“Dünən dostlar nazirliyə deyib. Onlar da tapşırıb. Yenə zəng elədilər ki, icazə ver, usta gəlib ölçsün. Razılaşmadım. Dedilər ki, söz veririk, məsələ birdəflik həll olunacaq. Nə isə, razılaşdım. Usta zəngi basanda artıq internet tam gücü ilə işləyirdi. Ölçüb aparıb veriblər nazirliyə. İndi isə, ümumiyyətlə, kəsiblər. Zəng edirəm, deyirlər ki, kimə şikayət edirsən et.
Quraşdırdıqları modem Çin istehsalıdır. Qiyməti 15 avrodur, amma biri 150 avrodan alınıb”.
Statusu bildirilən çoxsaylı rəylərdən məlum olur ki, əslində analoji problemlə onlarca vətəndaş üzləşir. Bir tərəfdən texnologiyanın inkişafından danışıb, digər tərəfdən isə belə çətinliklərə düşmək, əlbəttə, təəssüfləndiricidir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında məsələyə aydınlıq gətirib:
“ADSL internetdə problem ya telefon xəttində, ya da provayderdə olur. Yəni konkret olaraq onlardan birini ittiham etmək olmaz. Fiber optik internet isə ayrıca xətt üzərində qurulur və ən keyfiyyətli texnologiyadır. Göndərilən internetin sürəti mütləq müqavilədə göstərildiyi kimi olmalıdır. Buna texniki imkan da var. Yox, internetin sürəti razılaşdırıldığı kimi deyilsə, onda günah yalnız provayderdədir, vəssalam!”.
O. Gündüz, həmçinin problemin həlli yolunu da göstərib:
“Vətəndaş müxtəlif proqramlar vasitəsilə ölçmələr aparıb, internetin sürətini müəyyənləşdirməli və onu aktlaşdırmalıdır. Əgər sürət müqavilədə göstərildiyi kimi deyilsə, əvvəlcə, provayderə müraciət etmək lazımdır.
Nəticə olmasa, müvafiq nazirliyə məlumat verilməlidir. Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında istehsalçıların problemləri ilə məşğul olan ayrıca qurum var.
Həmin qurumun müraciətlərə laqeyd yanaşmadığını dəqiq bilirəm. Ən son variant olaraq isə vətəndaş vəkil tutub məhkəməyə baş vurmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial