Olmaz anam-bacım, olmaz: “Özünə vaxt ayır” deyərək qadınlara yeni yük yükləyirlər

Həm uşaq, həm karyera, həm də parlaq görün. Müasir qadına bitməyən tapşırıq verilir 

Ana olduğum gündən bəri məni həddindən artıq narahat edən bir cümlə var: “Özünə vaxt ayır.” Ardınca da çox vaxt belə deyilir: “Sən yaxşı ol ki, uşağın da yaxşı olsun.” İlk baxışda nə qədər zərif və dəstəkverici səslənsə də, bu cümlənin altında analığı bir “performans sənətinə” çevirən gözlənti dayanır.

Sherg.az xəbər verir ki, bunu Türkiyəli mütəxəssis Dilay Argün yazır. Onun sözlərinə görə müasir dünya bizə belə mesaj verir: “Əvvəllər saçını süpürgə edən ana məqbul idi, indi isə həm hər yerə çatan, həm sosial mühitdən geri qalmayan, həm də parlayan ana məqbuldur.” Yəni “özünə vaxt ayırmaq” artıq istirahət forması deyil, analıq vəzifəsinin bir hissəsinə, bir “bacarıq” meyarına çevrilib.

Üstəlik, “özünə vaxt ayır” ifadəsi çox ucu açıq, səthi və bir qədər də yuxarıdan aşağı deyilmi? Əgər mən bu qədər “yoğunluğun” içindəyəmsə, ehtiyacımı bilmərəmmi? Öz ehtiyacımı görüb ona görə davranmarammı? Bu hansı dəstəkdir?

Bəs ananın həqiqi gözləntisi nədir? Məsələn, mənim analıq yolçuluğumda uşağımın hər anında yanında olmaq, onun hər mərhələsinə şahidlik etməkdən məmnunluq duymaq var. Başqasının yolçuluğunda isə daha sosial olmaq istəyi ola bilər. Amma heç birimizin sərhədləri aşan, “yaxşı ana olma” reseptlərinə ehtiyacı yoxdur.

İllərlə “Həm uşağın olsun, həm karyera” şüarı ilə böyüdüldük. Azadlıq kimi səslənən bu cümlə əslində qadınların çiynindəki yükü ikiqat artırdı. Problem uşaq sahibi olmaq və ya karyera qurmaq deyil; problem bunun bir “bacarıq” kimi təqdim edilməsidir. Yorğunamsa, bu, məni pis ana etmir. Özümə vaxt ayıra bilmirəmsə də, “mən”liyimdən nəsə itirməmişəm. Bunların heç biri “performans tapşırığı” deyil.

Heç kimin sərhədləri aşan məsləhətlərə, başqasının “kifayət qədər yaxşı” saydığı qəliblərə ehtiyacı yoxdur. Analıq bir “şəxsi inkişaf layihəsi” deyil və onun vahid standartı yoxdur. Qısacası, bəzən “özünə vaxt ayır” deyən o steril səslərə yox, səmimi bir səssizliyə ehtiyac var.