Onun sərvətinə 1000-dən çox məktəb, uşaq baxçası tikmək olar - Etibar Əliyev

"Bu adamın fəaliyyətini tənqid etmək mümkün deyildi. Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı".

Sherg.az xəbər verir ki, bu sözlərin müəllifi keçmiş deputat, təhsil eksperti Etibar Əliyevdir. Onun sözlərinə görə, 2023- cü ildə Parlamentin plenar iclaslarının birində Saleh Məmmədovun əməllərini kəskin tənqid edib:

"Amansız təhqirlər və təhdidlərlə üzləşdim. Saleh Məmmədovun sərvəti hesabına 1000- dən çox məktəb və uşaq baxçası tikmək olar. Orada çalışanlardan biri deyir ki, bu cənabın saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır".