
Ordubadda səyyar qəbul keçirilib
12:57 21.08.2023
Cəmiyyət
341
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Vənənd kəndində səyyar qəbul keçirib.
Vətəndaş qəbulunda İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, rayonunun idarə, müəssisə, təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli son illər respublikamızada həyata keçirilən innovasiyalara əsaslanan quruculuq işlərindən, əhalinin rifah halının yaxşılaşdırılmasından, sosial-iqtisadi inkişafa söykənən islahatların Ordubad rayonunda da geniş vüsət almasından, ölkəmizdə Nümayəndəlik institutunun tətbiqindən, eləcə də, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin yaradılmasından bəhs edib. Səlahiyyətli Nümayəndənin rəhbərliyi altında yeni idarəetmə modelinin yaradılmasının muxtar respublikanın çoxşaxəli inkişafına təkan verəcəyini, ölkə başçısının müvafiq sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın Ordubad rayonu üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirən Rəcəb Rəhimli rayonun gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verib.
Vətəndaş qəbulunda kənd sakinlərinin üzləşdikləri müxtəlif istiqamətli çətinlikləri və təklifləri dinlənilib, müvafiq sahələr üzrə məsul şəxslərin iştirakı ilə bu məsələlərin həlli istiqamətində görüləcək tədbirlər müəyyənləşdirilib və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Qəbul zamanı vətəndaşların irəli sürdüyü məsələlərin bir hissəsi qəbulun gedişində öz həllini tapıb, digər məsələlərin həlli üzrə İcra Hakimiyyəti başçısı tərəfindən aidiyyəti idarə, müəssisə və təşkilatların məsul şəxslərinə müəyyən tapşırıqlar verilib.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya