
Otellərin gəlirləri artdı: Səbəb turist axını və.... -RƏY
13:07 25.07.2024
Cəmiyyət
646
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,9% artaraq 265,7 milyon manat olub.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu göstəricinin 60,7%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,1%-i ictimai iaşə xidmətlərindən, 3,3%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,9%- isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Altı ayda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 21,1% səviyyəsində olub. ötən ilin yanvar-iyun aylarında 16,6%). Bu göstərici Şabranda 49,1%, Naftalanda 39,1%, Bakıda 37,3%, Qusarda 28%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub
Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev "Sherg.az"-a bildirib ki, istər Bakıda, istərsə də regionlarda otellərin sayı getdikcə artmaqdadır:

“Artım turistlərin Azərbaycana axını ilə əlaqədardır. Bildiyimiz kimi Qarşıdan COP29 gəlir. 80 mindən çox qonağın gəlməsi gözlənilir. İqlim və yaşıl enerjiyə keçid ilə bağlı olan bu tədbir isə regionlarda və Bakıda hotellərin sayının artmasına öz təsirini göstərir. İlin biricindi rübündə Azərbaycana ən çox Hindistanlı turistlər səfər etmişdi. Hazırda bu tendensiya davam etməkdədir. Təbii ki, xaricdən gələn qonaqların əksəriyyəti Quba və Qəbələ, yerli vətəndaşlarımız isə müxtəlif istiqamətlərə gedirlər. Sözünü deyən 5 ulduzlu otellər regionlarda hələ də azdır. Bunlar artmadıqca rəqabət mühiti olmayacaq deyə düşünürəm. İstənilən qiyməti tənzimləyərək satışa çıxarırlar. Həmin qiymət ilə otellər satılmaqda davam edir. Çünki rəqibləri yoxdur. Vətəndaşlar yerli otellərdə qiymətlərin yüksək olduğunu bildirirlər. Bir həftə qalmış otellərə zəng etsək yerlər olmur. Xüsusəndə buna bayram ərəfələrində rast gəlinir. Qiymətlərin istər-istəməz artması, turistlərin çoxalması və yerli vətəndaşların da istirahəti gəlirlərin çoxalmasına səbəb olur. Regionlarda 5 ulduzlu otellərin yaradılması lazımdır ki, digərləri ilə rəqabətə girərək qiymətlərdə enmələr və kompaniyalar baş tutsun. Belə halda vətəndaşlarımıza və gələn turistlərə də sərf edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leyla Əliyeva Türkmənistanda səfərdədir
18:27 19.10.2026
Gündəm
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə