Ovcumuzda saxladığımız “düşmən” - Məlumatlarımız oğurlanır – Təhlükə !
Banuçiçək Kalbalıyeva
14:12 24.06.2020
Cəmiyyət
791
“İstifadəçiyə xas məlumatların sızması sosial medianın özü ilə birlikdə gətirdiyi təhlükədir”
“Kimlərinsə şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurmaq məqsədilə bu əməli törədənlər də az deyil”
“Ona görə də biz mümkün olduğu qədər şəxsi, intim məlumatlarımızı ictimailəşdirməməliyik”
“Telegram”ın bir neçə milyon istifadəçisinin məlumatları şəbəkəyə sızıb. Bu barədə “Kod Durova” səhifəsində xəbər verilib. Təxminən 900 MB-lıq baza “darknet” forumlarının birində görüntülənib. Bu, istifadəçi adı və telefon nömrələrini öyrənməyə imkan verir.
Məlumatları ələ keçən istifadəçilərin dəqiq sayı məlum deyil.
Bu fakt bir saha göstərir ki, İKT-nin inkişafı öz imkanları ilə bizi təhdid edir. Deməli, düşmən uzaqda deyil, ovcumuzda saxladığımız smartfonlarda, planşetlərdədir. Bəs nə edək? Telefonlarımızdan birdəfəlik imtina edib, Robinzon Kruzo həyatı yaşayaq, ya məlumatlarımızın oğrunlanmasını dövrün tələbi kimi qəbul edib, bununla razılaşaq?
Media hüquqşünası Ələsgər Məmmədli “Sherg.az”a açıqlamasında bildirib ki, bu, sosial medianın özü ilə birlikdə gətirdiyi təhlükədir:
“Düzdür, hər bir sosial platforma özünün daha təhlükəsiz olduğunu deyir. Əslində isə belə deyil. Problem ayrı-ayrılıqda “Telegram”da, “Facebook”da, “İnstagram”da yox, sosial medianın özündədir, başqa sözlə, kiberməkandadır. Buna kibercinayətkarlıq deyirlər. Cinayətkarlığın bu növü isə təkcə Azərbaycanda yox, bütün dünyada geniş vüsət alıb”.
Ə. Məmmədlinin fikrincə, kibercinaətkarlığın arxasında müxtəlif motivlər dayana bilər:
“İKT-ni bilən elə adamlar var ki, onlar sırf sosial şəbəkərdəki boşluqları, çatışmazlıqları ortaya çıxarmaq üçün belə addımlar atır, hesabları oğurlayırlar. Yəni faktiki olaraq belələrinin heç bir pis niyyəti yoxdur. Bir qisim kimlərinsə məlumatlarını oğurlayır və sonra həmin informasiyalardan kommersiya məqsədilə istifadə edir. Həmçinin kimlərinsə şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurmaq məqsədilə bu əməli törədənlər də az deyil. Hər halda kibercinayət də cinayətin bir növüdür. Və heç bir cinayət cəzasız qalmır”.
Media eksperti insanlara tövsiyələrini də verdi:
“Düzdür, kibercinayətkarlığa qarşı beynəlxalq miqyasda mübarizə gedir. Müxtəlif vaxtlarda qəbul edilən Avropa Konvensiyaları, o cümlədən Azərbaycan Respublikası qanunvericiliyinin Cinayət Məcəlləsinin müvafiq maddələri bu məsələni tənzimləyir. Amma cinayətkarlar bəzən o qədər peşəkar davranırlar ki, izi tapmaq olmur. Hətta birinci mənbədən yox, ikinci, üçüncü mənbədən də konkret məlumatı oğurlamağı bacaran İKT mütəxəssisləri var. Təbii, onlarla bacarmaq daha çətindir. Ona görə də biz mümkün olduğu qədər şəxsi, intim məlumatlarımızı ictimailəşdirməməliyik. Daha çox ictimai kommunikasiya xarakterli informasiyaları yaymağa üstünlük verməliyik ki, məlumatlarımız oğurlandığı təqdirdə daha az itki ilə üzləşək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm