Övladlarımızı müharibədən kənar tutmamalıyıq
Yusif Sultanoğlu
15:00 10.10.2020
Cəmiyyət
828
Onlara Vətən, torpaq, bayraq, əsgərlərimiz haqqında məlumat verməliyik
“Hazırda ölkəmizdə gedən müharibə haqqında xəbərləri uşaqlar televiziyalarda eşidirlər. Nəinki yerli, hətta xarici kanallarda da bu haqda video-çarxlar və xəbərlərin xülasəsini görürlər. Eyni zamanda böyüklərin təşvişinin, sevincinin və qürurlandıqlarının şahidi olurlar. Ona görə də övladlarımızı bu olaylardan kənarda tutmamalıyıq. Onlara “Müharibə nədir?”, “Nə üçün və nəyin uğruna aparılır" suallarının cavabını öyrətməliyik.
Bu sözləri “Sherg.az”a açıqlamasında klinik psixoloq, “Narınc psixologiya mərkəzinin” rəhbəri Narınc Rüstəmova söyləyib. Müharibə şəraitində valideyn uşaq münasibətlərindən danışan ekspert tövsiyələrinə bunları da əlavə edib:
“İlk növbədə uşaqlara “Ana Vətən” anlayışını aşılamalıyıq. “Vətən” ilə “ananı” beyinlərində eyniləşdirməliyik. Vətənin bütövlüyünü qorumağın nə demək olduğunu anlatmalıyıq.
Məsələn valideyn uşağa “Vətən bizim anamızdır. Necə ki, anamızı itirmək istəmərik, onu bölə bilmərik. Vətənimizi də itirməməli və bölünməsinə razı olmamalıyıq. İndi apardığımız müharibə də, düşmənimiz olan ermənilərin illər öncə bizdən aldıqları torpaqları geri qaytarmaq üçündür.
Sənin kimi igid, qəhrəman oğullarımız böyüyüb Vətən üçün mübarizə aparırlar. Ermənilərin illər öncə işğal etdiyi torpaqları, onlar böyük qürurla geri alırlar. Hansı ki, ermənilər o igidlərin analarını, atalarını, nənələrini, babalarını öz torpaqlarından qovmuşdu” desə onu xeyli məlumatlandırmış olar.
Hətta başımıza gələn faciələrdən, “Xocalı”dan onlara danışa bilərik: “İnsanlarımıza zülm ediblər, gecə vaxtı ayaqyalın evlərindən çıxarıblar. İndi uşaqları və nəvələri böyüyüb düşməndən öz qisaslarını alırlar. Onları öz torpaqlarımızdan qovurlar. Bu müharibə, eşitdiyin səslər, partlayışlar hamısı onun nəticəsidir.
İgid əsgərlərimiz düşməni qovub, əzəli torpaqlarımızı təmizləyəcəklər. Ona görə də qorxmaq lazım deyil. Əksinə biz də ordumuza, Vətənimizə dəstək olmalıyıq. Hətta sən də Vətənini qoruya bilərsən. Məsələn, dərslərini yaxşı oxuyub uğurlu sənət sahibi olaraq, evdə ailə üzvlərinə kömək edərək, bunu bacararsan”. Uşaqlara başa salmalıyıq ki, üzərimizə düşən öhdəlikləri düzgün və vicdanlı şəkildə yerinə yetirərək Vətənə xidmət edə bilərik.
Mütəxəssisin fikrincə, valideynlər qeyd olunan məsləhətlərə əməl etsələr uşaqlarda bu günlərlə bağlı travma yaranmaz:
“Əksinə, əsgərlərimiz Vətənimizi xilas edirlər hissi ilə qürur duymağa başlayarlar. Həm də uşaqlar bizi “rol model” olaraq görürlər. Nə ediriksə eynisini təkrarlayırlar. Ona görə də ilkin olaraq özümüzdə bu hissi formalaşdırmalıyıq ki, övladlarımıza da düzgün, canlı bir mesaj olaraq ötürə bilək”.
Psixoloq uşaqlara bayraq almağın, onlara himnimizin müəllifləri haqqında danışmağın əhəmiyyətindən də söz açıb:
“Azərbaycan bayrağını, bizə dəstək olan ölkələri öyrədək. Yaşları artdıqca Vətənə aid olan məlumatları öyrətməliyik ki, onlar tariximizdən xəbərdar böyüsünlər. Torpaqlarımız işğaldan azad olunduqca hər birimizin gözü dolur, qürurlanırıq. Həm də bu hissləri övladlarımıza da bildirməliyik:
“Bax! Cəbrayılı düşmənlərimiz işğal etmişdi. Oradan insanları qovmuşdular, zülm vermişdilər. Amma indi əsgərlərimiz torpağımızı geri qaytardı. Artıq illər öncə didərgin düşmüş insanlar öz yurdlarına gedəcəklər, orada yaşayacaqlar". Qeyd etdiyim kimi, uşaqlara öz anlayacaqları dillə anlatmaq lazımdır. Müharibəni qan, qorxu, şiddət, ölüm şəklində deyil, qeyd etdiyim formalarda başa salmaq uşaqlarda hansısa bir psixoloji travmanın yaranmasına gətirib çıxarmaz. Əksinə daha da vətənpərvər ruhda böyüməsinə kömək olar.”
Qeyd edək ki, Narınc xanımın tövsiyələri xüsusi olaraq sərhəd rayonlarda yaşan ailələrə şamil olunur. Yazı düşmənin mülki əhalini hədəf alması nəticəsində həm maddi, həm də mənəvi zərər çəkən sakinlər üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çempionlar Liqasının finalı almaniyalı hakimə tapşırıldı
19:45 11.05.2026
Futbol
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya