Özünü gözəl hiss etməyən QADINLARA MƏKTUB

Qadın niyə özünü gözəl hiss etmir? Gözəllik təkcə hamar ayaqlar, makiyaj, gözəl geyimlər və baxımlı saçlar deyil. Həqiqi qadınlıq içdən parıldamaqdır - görünüş yox, enerji, sevgi və özünə hörmətdir.

Sherg.az maraqlı tövsiyyələri təqdim edir:

Əgər özünü qadın kimi hiss etmirsənsə, sınamağa cəsarət et: bədənini olduğu kimi sev, dırnaqlarının, saçının və təbii gözəlliyinin dəyərini bil. Nə qədər rahat və özün olsan, o qədər cazibədar görünəcəksən.

Unutma: gözəllik yaşla, boyla və ya makiyajla ölçülmür. Həyatdan və yaşadığın anlardan həzz alan qadın həmişə gözəldir.

Kiminsə gözəlliyini qiymətləndirməyən, müqayisə edən sözlərinə əhəmiyyət vermə. Sən öz işığınla, içdən gələn parıltınla dünyanı işıqlandırırsan.

Özünü sevmək və hörmət etmək, həyat şansını qiymətləndirməyin ən gözəl yoludur.