Özünüzdən əl çəkin! - Aləmdə Nəsib yazır
Yusif Nəzərli
13:41 06.05.2023
Cəmiyyət
922
Bunu sərin mehin saçlarımı oynatdığı, Ayın ətrafı işıqlandırdığı bir yaz günündə parkda köpəyin arxasınca büdrəyə-büdrəyə qaçıb oynayan qızcığazın gülüşlərinin sədası altında yazıram.
İnsan bəzən özünü rahat buraxmalı, öz yaxasından əl çəkməlidir. Yorulmaq, dincəlmək istəmək, lap hər şeydən uzaqlaşıb özünlə, dörd divar və ya təbiətlə baş-başa qalmağa icazə verməlidir. Biz isə çox vaxt əksini edirik. Elə özümüz özümüzə qənim kəsilirik.
Özüm də daxil olmaqla hər kəsə demək istəyirəm ki, özünü rahat burax, əl çək özündən! Sən insansan, əmirləri yerinə yetirən alət deyilsən.
İnsanlar var, işlətdikləri, bütün günü hansısa əməliyyatların icrası üçün yorduğu əşyalara da sevgi ilə yanaşır, qayğı göstərib əzizləyir, dincə qoyur. Bizim isə hirs, eqo gözümüzü elə örtür ki, öz bədənimizə, ruhumuza belə qayğı ilə yanaşmır, hörmət etmirik. Məncə, orqanizmimiz qocaldığı, yorulduğu üçün yox, elə bu kobud rəftarımızın qarşılığı olaraq 30 yaşdan sonra kövrəlir, daha çox xəstələnir. O, etirazını bu cür izhar edir. Biz isə onu anlamır, hələ sadəlövhlük edib dərmanlarla susdurmağa çalışırıq. Yəqin, preparatlara reaksiya verməyən, nə qədər müalicə olunsa da şəfasını tapmayan bir çox xəstənin bədəni, ruhu ona qarşı edilmiş hörmətsizliyə susmaq fikrində olmur. Anlaşılana, ürəkdən duyulana qədər sağalmamaqla etirazını davam etdirir.
Nə isə... Sözümün canı ondadır ki, bu beş günlük dünyada özünüzü rahat buraxın. Bəlkə də hər şey olacağı kimi olmur, amma çox şey necə olmalıdırsa, elə də olur.
Heç fikir vermisinizmi, bəzən yola vaxtında çıxırsan. Yolunun üstündə bütün işıqforlarda "qırmızıya düşürsən". Gəliş vaxtını hesablayıb çıxdığın qatara gecikirsən. Sən dayanacağa çatanda minməli olduğun avtobus tərpənmiş olur. Bəzən də proseslər tamamilə əksinə inkişaf edir. Sanki bütün kainat gücünü sənin üçün səfərbər edir və istədiyinə, hətta təsəvvüründən daha artığına nail olursan...
Öz təcrübəmdən bilirəm, bu həqiqət haqqında uzun-uzadı düşündükdən, barışıq əli uzatdıqdan sonra dünya gözündə dəyişməyə başlayır. Məqsədlərində də, mübarizə üsullarında da müdrikləşirsən. Bu məsələlərdə hələ də eqosuna xidmət edən adamları isə izləməkdən və yola verməkdən başqa əlindən bir şey gəlmir.
Yeri gəlmişkən, bir zamanlar lap təhqir kimi qəbul etdiyim bu ifadə - "yola vermək" bu gün mənim üçün rahatlığın, dincliyin konkret təsvirinə çevrilib. Heç bilmirəm onda yatan böyük mənanı sözlərlə necə yan-yana düzüm. Bircə onu bilirəm ki, bu həyatda sağlam, uzun ömür yaşayan adamlar özləri ilə işi olmayan, başqalarını da çox yaxşı formada yola verməyi bacaran adamlardırlar.
Monoloqumu isə Şəms Təbrizinin bu fikri ilə yekunlaşdırıram:
“Düzenim bozulur, hayatım alt üst olur diye endişe etme. Nereden biliyorsun hayatın altının üstünden daha iyi olmayacağını?”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi