Pandemiya dövründə və sonrası insan AMİLİ
06:55 31.05.2020
Cəmiyyət
842
Bir neçə ay öncə qəfil şəkildə hamını heyrətləndirəcək dərəcədə dünyanı cənginə alan "COVİD-19” tacabənzər virusunun yeni, sürətlə yayılmağa başladığı dönəmdə çoxlarımızda ani "qısaqapanma” baş verdi desəm, yəqin ki, mübaliğə etmərəm.
Düşündük, nə baş verir? Hətta bir ara o qədər ajiotaj baş qaldırdı ki, "Son”dur deyə bir tərəddüdü də yaşamış olduq. Bütün zərər və ziyanları bir tərəfə qoyub, pandemiya dövrünün insanı olaraq onun bizə toxunan faydaları barədə bir neçə cümlə qeyd etmək istəyirəm:
Düşünürəm ki, ilk növbədə özümüzə yenidən baxmaq fürsəti əldə etdik. Biz kimik, bu dünyada hansı missiya icra edirik və etməliyik? Nələrlə yaşaya bilərik? Gündəlik ehtiyaclarımızın miqyası hara qədərdir? Bəs yekun ehtiyacımız? Kimə və hansı mənbəyə ehtiyacımız əbədi və əzəlidir? Sürət əsrində ehtiyaclarımızı bizim üçün təyin edirlər.
Bunlar həqiqətən də bizim zəruri tələbatımızdır?
Düşünürəm ki, hər kəs öz idrakı səviyyəsində anladı ki, əslində, ətrafımızda bizim üçün heç də zəruri olmayan nə qədər bər-bəzək varmış. Süni və bəzən də bilərəkdən yaradılan bu ehtiyac vakuumu, bər-bəzək və rəgarəngliyinin fonunda insanın özünə diqqət kəsilməsi az qala çox çətin bir prosesə çevrilmişdi. Fərqi yoxdur, bu virus mövzusu hansı qüvvə tərəfindən və necə meydana çıxdı və gələcəkdə nələr baş verəcək. Mən sırf insanın özünə və ehtiyaclarına diqqət kəsilməsi mövzusuna toxunmaq istəyirəm.
Sırf bu cəhətdən, sanki sehrli bir dəyənəklə gedişata müdaxilə edildi və yavaş-yavaş dərk etməyə başladıq ki, sən demə, ən minimal vasitələrlə nəinki yaşmaq, hətta məmnun olmaq da mümkün imiş. Ən əsas faydası, başımız öz episentrimizə o qədər qarışmışdı ki, başqalarının qayğı və ehtiyacları barədə düşünməyi imkanlarımızın ehtimalına buraxmışdıq. Yanılmışdıq, çox olanı deyil, az olanı bəxşiş verəndə insan ərdəm bir varlığa çevrilirmiş. Bəs zərurətdən tətbiq olunan sərt ehtiyat tədbirlərinin yumşaldılmasından sonra nə baş verəcək?
Sadaladıqlarımın fərqinə varmış bu insanı o mərhələyə daşıya biləcəyikmi? Yoxsa yenə həmin qaçhaqaç, yenə eyni süni ehtiyaclar, bər-bəzəkli tələbatlar unutqanlıq effekti yaradacaqmı? Yenə də "biz” və "başqaları” təsnifi gündəlik qanunauyğunluq kimi həyat tərzimizə çevriləcəkmi? Diqqətimiz öz episentrimizə yönələcəkmi?
Məhbubə Mehdiyeva - Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası İctimaiyyətlə əlaqələr şöbəsi, məsləhətçi...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya