Polietilen torbalara əlvida deyirik
07:58 08.01.2021
Cəmiyyət
521
Ancaq qadağalardan sonra əsas yük alıcıların üzərinə düşəcək
"Xaricdə insanlar bu cür torbaları adətən bir dəfə alır. Keyfiyyətli olduğu üçün isə dəfələrlə istifadə edə bilir"
Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi 2020-ci ilin noyabrın 21-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Ətraf mühitin mühafizəsi haqqında” Qanun layihəsində əksini tapıb. Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.
Həmin qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minsə də polietilen torbalarla bağlı hələ heç bir tədbir görmürlər. Lakin bu işə görə market sahibləri məsuliyyət daşıyır. Əgər sahibkarlar məsələ ilə bağlı tez bir zamanda tədbir görməsələr cərimə olunacaqlar. Yalnız qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verən torbaları almaq lazımdır. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən polietilen torbalarla əlaqədar müvafiq müraciətlər hazırlanır. Həmin müraciətlər qısa zaman ərzində aidiyyəti qurumlara təqdim ediləcək.
Mövzu ilə bağlı "Şərq"ə danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, bu məsələdə əsas yük alıcının üzərinə düşəcək:
"Sözügedən qadağa xarici ölkələrdə də mövcuddur. Qalınlığı 15 mikrona qədər olan polietilen torbalar istifadəyə yararsız hesab edilir. Buna görə də insanlar daha keyfiyyətli və qalınlığı çox olan torbalardan istifadə edirlər.
Lakin xarici ölkələrdə yaşayan şəxslər bu torbaları pulla satın alırlar.
Düşünürəm ki, qadağanın tətbiqindən sonra bizdə də həmin hal ilə qarşılaşmaq təsadüfi olmayacaq. Bu ağırlıq da alıcıların üzərinə düşür. Çünki hər dəfə marketə gedib torba almaq onlar üçün əlavə xərclərə səbəb olacaq.
Xaricdə insanlar bu cür torbaları adətən bir dəfə alır. Keyfiyyətli olduğu üçün isə dəfələrlə istifadə edə bilir. Ölkəmizdə də keyfiyyəti yüksək olan torbaların bir dəfədən çox istifadəsi alıcılar üçün daha münasibdir. Bu həm də onların sağlamlığı üçün daha əlverişlidir".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm