Prezidentə yazırlar: "Qəlbimiz Azərbaycanla döyünür"
08:32 02.10.2020
Cəmiyyət
669
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə ard-arda sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr ölkə ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb. Müqəddəs Vətən müharibəsi apardığımız bu günlərdə Azərbaycan, Türkiyə, Almaniya və Rusiya vətəndaşlarından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına müraciətlər gəlməkdə davam edir. "Sherg.az" müraciətlərdən bir neçəsini təqdim edir.
Xaçmaz rayonunun Xudat şəhərindən Arazov Rəhman yazır: Möhtərəm cənab Prezident. Qürur hissi ilə Allahdan Sizə və xalqımıza yardımçı olmasını diləyirəm. Qarabağın kimə məxsus olduğunu sözlə sübut etdiniz, beynəlxalq ictimaiyyəti dolğun şəkildə məlumatlandırdınız. İndi isə əməli işlə torpaqlarımızı geri qaytarırsınız. Bu yolda Sizə uğurlar arzulayır, hər zaman yanınızda olduğumuzu bildiririk. Biz birlikdə güclüyük və birlikdə ermənilərə qalib gələcəyik.
Yardımlının Çayüzü kəndindən Mehdiyeva Mətanət: Möhtərəm cənab Prezident.
Ali Baş Komandan kimi Azərbaycan xalqına qələbə sevinci bəxş etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mənim bir oğlum hazırda erməni qəsbkarlarına qarşı döyüşdədir. O biri oğlumu da göndərməyə hazıram. Təki Vətənimiz murdar ermənilərin tapdağından xilas olsun. Xalqımız Sizin müdrik, düşünülmüş siyasətiniz və güclü iradəniz nəticəsində torpaqlarımızın düşməndən tam azad ediləcəyinə tamamilə əmindir.
Goranboy rayonundan Rəfi Əhmədli:
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Əzəli və əbədi torpağımız olan Qarabağımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun düşmənə qarşı apardığı döyüşlərdə əldə etdiyi uğurlar qəhrəman xalqımızın ruhunu oyatdı. Xalqımıza yaşatdığınız parlaq qələbə sevinci üçün Sizə dərin təşəkkürümü bildirirəm. Azərbaycan xalqı daim Sizin yanınızdadır və Sizə dəstəkdir. Allah Azərbaycan Ordusuna parlaq qələbə qazanmağı qismət etsin. Yenilməz ordumuza eşq olsun. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Türkiyənin İskenderun şəhərindən Osman Tilki:
Hörmətli cənab Prezident. Mən Türkiyədə yaşayıram. Hazırda Azərbaycanda baş verən hadisələri böyük həyəcanla izləyirəm. Azad olunmuş ərazilərin adını eşidincə, görüntüləri izlədikcə qəhərlənirəm. Bu haqq işinizi sona çatdırmaq üçün Allahdan Sizə güc və qüvvət arzulayıram. Özüm də Sizə son damla qanıma qədər kömək etməyə hazıram.
Türkiyənin Kocaeli şəhərindən Arif Karadurakoğlu:
Hörmətli cənab Prezident. Türkiyədəki qardaşlarınızdan biri olaraq haqq mübarizənizi dəstəkləyir, yeni uğurlar diləyir, bu mübarizənizdə maddi, mənəvi dəstəkdən başqa canımla da Sizlərlə bir sırada olduğumu şərəflə bildirirəm. Allah yar və yardımçınız olsun.
Almaniyanın Vuppertal şəhəri Osman Dənizxanlı:
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Son günlər cəbhə bölgəsindən gələn xəbərlər məni və bütün xalqımızı ziyadəsiylə sevindirir və qürurlandırır. Siz və Sizin əmrinizdə olan Azərbaycan Ordusu düşmənlərımızə və bütün dünyaya göstərdiniz ki, Qarabağ uğrunda, öz torpaqlarımız uğrunda sona qədər döyüşməyə hazırıq. Bunları yazaraq Sizə dərin hörmət və dəstəyimi bildirir, hər an əmrinizdə olduğumu bir daha ifadə etmək istəyirəm. Qəlbimiz Vətən ilə döyünür. Sizin rəhbərliyiniz və Allahın köməyi ilə yaxın vaxtlarda torpaqlarımızı son qarışına qədər geriyə alacağımıza inanıram. Yolumuz Haqqın yoludur. Qarabağ Azərbaycandır!
Rusiyanın Tolyatti şəhərindən Cəfərov Namiq:
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Sizi Rusyada yaşayan bütün azərbaycanlılar adından salamlayır, fəaliyyətinizi dəstəklədiyimizi bildirir, Sizə yeni uğurlar arzulayıram. Vətənimin müdafiəsi naminə döyüşlərə qatılmaq istəyirəm. Vətənimizin gələcəyi üçün düşməni son əsgərinə kimi torpaqlarımızdan çıxarmalı və ya məhv etməliyik. Döyüş tapşırığını icra edən güclü, cəsur Azərbaycan əsgərinə hec nə mane ola bilməz. Yaşasın Azərbaycan Ordusu!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm