Probasiya Xidməti: Hazırda 4 minədək məhkum elektron qolbaq daşıyır
16:25 28.07.2021
Cəmiyyət
624
Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi genişlənərək bu il həmin cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 2.900-ə yaxın şəxsə elektron qolbaq tətbiq edilib.
APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Probasiya Xidmətinin rəisi, baş probasiya məmuru Akşin Ziyadov bildirib.Onun sözlərinə görə, cəza müddəti bitən və digər qanuni əsaslara görə 1.070 məhkumdan isə qolbaqlar çıxarılıb. Hazırda 4.000-dək məhkum elektron qolbaq daşıyır və onların üzərində dönmədən probasiya nəzarəti həyata keçirilir.
Bundan əlavə, məhkəmə qərarları ilə ictimai işlər növündə cəza və inzibati tənbeh kimi tətbiq edilmiş 380 nəfərə yaxın şəxs probasiya qeydiyyatına alınıb. Bu növ cəza və inzibati tənbehin icrası ilə bağlı həmin şəxslər şəhər və rayon ərazilərinin, küçə, park və meydanların, yolların abadlaşdırılması və təmizlənməsi, məişət tullantılarının daşınması, təmir və tikinti, habelə kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə bağlı işlərə cəlb olunmaqla 76 min saatdan çox ictimai işlərin yerinə yetirilməsi təmin edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou