Türkiyədə Didem Arslan Yılmazın proqramında iştirak edən qadının üz döymələri gündəm olub.
Medicina.az xəbər verir ki, Düzcedə yaşayan 40 yaşlı Nazan döymələri ilə diqqət çəkib.
Özündən 13 yaş kiçik, Burhan adlı bir kişi tərəfindən evlilik vədi ilə aldadıldığını iddia edən Nazan, Show TV-də yayımlanan "Didem Arslanla Vazgeçme" proqramında iştirak edib.
Üz döymələri səbəbindən müzakirə mövzusuna çevrilən Nazanın gözəllik mərkəzində prosedur keçirdiyini göstərən görüntülər ortaya çıxıb.
Aparıcı Didem Arslan üzündəki döymələrin hər hansı bir mənası olub-olmadığını soruşduqda, Nazan "Heç bir mənası yoxdur. Tövbə etdim, geri döndüm. Silinməsini istəyirdim, amma üzümdə yanıqlar olduğu üçün fikrimi dəyişdim və buna ehtiyac yoxdur" cavabını verib.
Didem Arslan, "Hər kəsin seçiminə hörmətlə yanaşırıq" ifadəsini işlədərək, vacib olanın insanın hər şeyi öz iradəsi ilə edə bilməsi olduğunu vurğulayıb.