Protein tozuyla həyatda qaldılar
Yusif Nəzərli
22:25 14.02.2023
Cəmiyyət
374
198 saat sonra dağıntılar altından çıxan 2 qardaş üzləri güldürdü
Kahramanmaraş zəlzələsindən 9 gün – 198 saat sonra dağıntılar altından çıxarılan 17 yaşlı Muhammed Enes və böyük qardaşı, 21 yaşlı Əbdülbaqi Yeninar həyatda necə qala bildiklərini anladıb. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Əbdülbaqi “daxilən rahat idim. Xilas ediləcəyimi bilirdim. Dua edirdim. Dağıntılar altındaydıq, amma hava gəlirdi. O havanı sinəmə çəkdikcə çəkmək istəyirdim”, söyləyib. Əbdülbaqi 9 gün dağıntılar altında həyata bağlanmalarına səbəb olan vasitə barədə də danışıb: “Qardaşım əzələ yığmaq üçün protein tozu almışdı. Qidalandırıcıdı. Ondan istifadə etdik”. Mühammed Enes dağıntılar altından çıxarıldıqdan sonra anasını soruşub: “Anam necədi? Ondan nigaranıq. Zəlzələ baş verəndən sonra qardaşımla 2 gün ağladıq. Sonra bir yerdə böyüdüyümüz zamanları xatırlamağa, başımıza gələnlərdən bir-birimizə danışmağa başladıq”, - deyib. Qardaşlar Kahramanmaraş “Pınar” adı verilmiş yaşayış binasının sakinidirlər. Ərazidə çalışan xilasedicilər və mədənçilər dağıntılar altından səs gəldiyini eşidib, çalışmalara başlanılıb. Mədənçilər dağıntılar altındakı insanlara xilas yolu olan “donuz damı” üsulunu yenə tətbiq edərək 2 qardaşı da çıxara biliblər. Həkimlər qardaşların sağlamlığının qənaətbəxş olduğunu bildirib. Qardaşların anası da 2 gün əvvəl dağıntılar altından çıxarılıb, ayaqlarında yara olduğu üçün xəstəxanaya yerləşdirilib. Qohumları isə onların zəlzələdə həlak olduğunu zənn edib, cənazələrinin çıxarılmasını gözləyirmiş. 2 qardaşın dağıntılar altından sağ çıxarılması bütün ölkəni sevindirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: Tramp İranı təslim olmağa məcbur etmək istəyir
20:00 29.04.2026
Region
Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
19:45 29.04.2026
Siyasət
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol