
“Putinin sözü ilə əməli üst-üstə düşmür”
“Putinin sözü ilə əməli üst-üstə düşmür”
Yusif Nəzərli
11:45 28.10.2022
Cəmiyyət
639
“Rusiya Prezidenti Vladimir Putin dünən "Valday" forumunda çıxış edib. O, Ermənsitanın Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımağa hazırlaşdığına eyham vurub və buna mane törətməyəcəklərini bildirib”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Sahib Alıyev Rusiya Prezidenti Vladimir Putinin “Valday” formundakı çıxışına münasibət bildirərkən deyib.
Parlamentari qeyd edib ki, Putinin “buyursunlar“deməsi ilk baxışda xeyirxah bir yanaşma təsiri bağışlayır:

“Amma burada unudulur ki, Rusiyanın Krasnodar üzərində suverenliyi nə deməkdirsə, Azərbaycanın Qarabağ üzərində suverenliyi də o deməkdir.
Birincinin öz torpaqları üzərində suverenliyini hayların buna razı olub-olmadıqları və Azərbaycanın da onu dəstəkləyib-dəstəkləmədiyi müyəyyənləşdirmədiyi kimi, ikincinin haqlarını da, həmən hayların istəkləri və Rusiyanın da bunun dəstəkləyib-dəstəkləmədiyi müəyyənləşdirə bilməz.
Çünki hər dövlətin öz torpaqları üzərində suverenliyi beynəlxalq normalarla təsbit olunur və burada qonşunun istəyi, hansısa gücün onu dəstəkləyib-dəstəkləməməsi heç bir rol oynaya bilməz.
Bundan başqa bir tərəfdən şərtlə də olsa, Azərbaycanın Qarabağ üzərində suverenliyinə qarşı cıxılmayacağı deyilir, digər tərəfdən Xankəndində Rusiya hərbi kontingentinin müvvəqqəti, amma tam nəzarəti altında yaşayanlara reinteqrsiya əleyhinə aksiya keçirmək tapşırığı verilir. Yəni orada Moskva üçün daha əlverişli “hakimiyyət” dəyişiklikləri edilirsə, burada sözlə əməlin üst-üstə düşmədiyi üzə çıxır.
Görünür ki, Rusiyanın Azərbaycanla Ermənistan arasında tezliklə sülhün yaranamasında maraqlı olması, sözügedən forumda “Nord Stream – 1” qaz kəmərini guya Qərbin özünün partlatması və Ukrayna haqqında deyilənlər qədər doğrudur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm