Qar fırtınası böyüyür
08:10 04.02.2021
Cəmiyyət
504
Xəbərdarlıq edilib ki, 60 saat müddətinə təhlükəyə hazır olun
ABŞ-ın bəzi əyalətlərində havanın kəskin sərt keçməsi ilə əlaqədar olaraq nəqliyyat sistemi iflic olub və yüzlərlə uçuş təxirə salınıb.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, Minnesota və İllinois əyalətlərindən şərqə doğru başlayan qar fırtınası Virciniya, Maryland və Vaşinqtona da təsir edib. Hətta Çikaqoda qarın qalınlığı 17 santimetrə çatıb. Qar qalınlığının 10 santimetrə çatdığı Vaşinqtonda isə fövqəladə vəziyyət elan edilib.
ABŞ-ın şərq sahillərini viran qoyan qar fırtınası Nyu-Yorkda da həyatı tamamilə dayandırıb. Bazar ertəsi günortadan sonra Nyu-Cersi və Pensilvaniya bölgələrində qarın qalınlığı 48 santimetrə çatıb.
Nyu-York əyalətində bəzi yerlərdə 43 santimetrə çatan qar səbəbindən fövqəladə vəziyyət elan edilib. ABŞ-ın hava xidməti fırtınanın İngiltərəyə doğru hərəkət edəcəyini bildirib.
Hətta İngiltərənin bəzi bölgələrinin 60 saat müddətində təhlükəyə hazır olmaları barədə xəbərdarlıq edilib.
Bir neçə gün ərzində saatda 80 kilometr sürətlə əsəcək güclü küləklərin həyata mənfi təsir göstərməyə davam edəcəyi təxmin edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya