
Qarpız alarkən nələrə diqqət edək? - Qida mütəxəssisi
14:17 18.07.2023
Cəmiyyət
614
"Qarpız yay mövsümünün ən sevilən meyvələrindən biridir. Bir çox hallarda qarpızın mövsümü girmədən bazarlarımızda satışa çıxarıldığının şahidi oluruq".
Bunu "Sherg.az"a qida mütəxəssisi Asim Vəliyev qarpız alarkən diqqət etməli olduğumuz məqamlardan danışarkən bildirib. Ekspertin sözlərinə görə, mövsümündə yetişməyən qarpızlar çox vaxt aqrokimyəvi dərmanlarla yetişdirilir, bu zaman həm zəhərlənməyə, həm də bir sıra sağlamlıq problemlərinə gətirib çıxara bilər:

"Qarpızın iyul ayının sonlarından etibarən yeyilməsi daha məqsəduyğun olardı. Həmçinin onu aldıqdan sonra evdə kəsmədən əvvəl ilıq su ilə yumaq və bıçağı təmizləmək yaxşı olardı. Çünki qarpızın üzərində olan mikroorqanizmlərin bıçaq vasitəsilə qarpızın içərisinə daxil olma ehtimalı var. Həmçinin yaxşı olardı ki, qarpızı kəsdirmədən alasınız. Qarpızı kəsdikdən sonra evə gətirənə və yeyənə qədər orda mikroorqanizmlər çoxalmağa başlayır. Sağlamlıq baxımından risk meydana çıxarır. Qarpızın 92%-i sudan, 6 %-i şəkərdən ibarətdir və yay ayında orqanizmin su ehtiyacının böyük hissəsini qarşılaya bilir. Qarpız seçərkən alt hissəsinin sarı olub-olmadığına diqqət etməliyik. Nə qədər çox sarıdırsa, o qədər yetişmiş və ləzzətlidir. Onun böyüklüyünə aldanmayaq. Ölçüsü böyük olmayan, amma ağırlığı olan qarpızları seçmək daha yaxşıdır. Qarpızın saplağı yaşıldırsa, demək vaxtından əvvəl yığılıb, quruyubsa, qarpızın yetişmiş və şirin olduğunu göstərir. Yetişmiş qarpızın qabığında çox əzik, çapıq və çat olmamalıdır. Həmçinin qarpız seçərkən onun çox günəş altında qalmamasına diqqət etməliyik. Zəhərlənmə hallarının qarşısını almaq üçün həm də onun kəsildikdən sonra qısa zamanda yeyilməsi lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alyaska sahillərində güclü zəlzələ baş verib
15:25 25.04.2026
Hadisə
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
15:11 25.04.2026
Futbol
Müğənni Elçin Cəfərov artıq dəvətlərə qatılmayacaq
14:58 25.04.2026
Şou
Xankəndidə üç marşrut xətti istifadəyə verilib
14:27 25.04.2026
Qarabağ
"Meyxanaçılar buna görə pis vərdişlərə qurşanır" - Vüqar Əbdülov
13:51 25.04.2026
Şou
Meloni İspaniyanın NATO-dan çıxması ehtimalına münasibət bildirdi
13:41 25.04.2026
Dünya
Sabah Azərbaycanda 24 dərəcəyədək isti olacaq
13:32 25.04.2026
Ekologiya
Joze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq?
13:14 25.04.2026
Futbol
Gürcüstanda emiqrantların və immiqrantların sayı azalıb
12:55 25.04.2026
Dünya
"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi" - Nərgiz
12:39 25.04.2026
Şou
Bığları ilə gündəm oldu - “Yaraşdığı üçün uzatdım”
12:23 25.04.2026
Cəmiyyət
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
12:17 25.04.2026
Ekologiya
ABŞ-İran görüşü baş tutacaqmı? - Ən böyük maneə açıqlandı
11:30 25.04.2026
Gündəm