Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi "Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrasını davam etdirir. Birliyin mətbuat xidmətinin məlumatına görə, layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir.
Layihənin icrasında Türkiyə Respublikası Bolqarıstan Türkləri Mədəniyyət və Xidmət Dərnəyi (BULTÜRK) və Özbəkistan Respublikasının “Yüksək səlahiyyət” təşkilatı tərəfdaş qismində iştirak edirlər. Layihə çərçivəsində Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq platforma” adlı Beynəlxalq Konfrans keçiriləcək. Konfransda Türk Dövləti Təşkilatlarına (TDT) üzv dövlətlərin və türkdilli etnik xalqların dövlət və qeyri-dövlət qurumlarının təmsilçiləri, vətəndaş cəmiyyəti institutları, diaspor nümayəndələri və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub. Bu istiqamətdə təşkilatın beynəlxalq təcrübəli ekspertləri tərəfindən təqdimatlar həyata keçiriləcək. Bu məqsədlə Bakı şəhərində deportasiya və soyqırım istiqamətində çalışan araşdırmaçılar, QHT rəhbərləri,dövlət qurumlarının və Qərbi Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”nın əsas hədəfi İstanbulda baş tutacaq beynəlxalq konfras öncəsi ekspertlərlə müzakirələr aparmaq olub. Bu beynəlxalq konfransın daha da keyfiyyətli, səmərəli və əhatəli təşkili üçün vacibdir.
Tədbirdə SSTAA İctimai Biriyinin prezidenti İlqar Hüseynli çıxış edib, təşkilatın beynəlxalq məsələlər üzrə müavini Fərhad Qəşəmli layihənin məqsədləri barədə məlumat verib. Qərbi Azərbaycan İcmasının üzvü Rauf Zeynli, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Xatirə Vəliyeva, Azərbaycan Milli QHT Forumunun İdarə Heyyətinin sədri Ramil İsgəndərli və İdarə Heyyətinin üzvü Zaur İbrahimli və tanınmış ictimai-siyası xadimlər iştirak ediblər. Azərbaycan Milli QHT Forumunun İdarə Heyyətinin sədri Ramil İsgəndərli çıxış edərək bildirib ki, artıq 4-cü ildir təşkilat bu istiqamət üzrə yerli və beynəlxalq səviyyədə davamlı və faydalı işlər görür.O layihənin növbəti mərhələsinin türk dilli auditoriyaya transferini yüksək qiymətləndirib və bir neçə təklif səsləndirib. Bildirib ki,bu xüsusda Qərbi Azərbaycana qayıdış prosesinin təqdimatı vacibdir və bu bir hüquq məsələsidir. 3 istiqamət prinsipial olaraq prioritetdir; tarixi faktlar, mədəni irs və milli identifikasiya, hüquq məsələləri. Bunlar beynəlxalq səviyyədə təqdim olunmaqla Azərbaycanın milli maraqları qorunmalıdır. Tədbir zamanı ekspertlər və çıxışçılar bir sıra təkliflər səsləndiriblər. Qeyd edilib ki, bütün təkliflər toplanaraq layihənin strateji potensialının gücləndirilməsi məqsədilə müvafiq yol xəritəsinin hazırlanmasında istifadə olunacaq.