“Qırmızı kitab”a daxil olan bitkilər KƏSİLDİ - FOTO
Yusif Nəzərli
06:13 15.04.2023
Cəmiyyət
684
Polis əməkdaşları tərəfindən ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması istiqamətində Astara rayonu ərazisində keçirilən növbəti tədbirlər zamanı “Qırmızı kitab”a daxil olan bitkilərin kəsilərək daşınması və yerin təkindən qanunsuz istifadə halları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı Cəlilabad rayon sakini E.Əliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobil saxlanılıb. Həmin nəqliyyat vasitəsinin yük yerinə keçirilən baxış zamanı oradan “Qırmızı kitab”da “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aid olan 16 min 800 ədəd budaqlı danaya bitkilərinin budaqları aşkarlanıb. Həmin fakt üzrə təbiətə 4 200 manat ziyan vurulduğu müəyyən edilib. Bundan əlavə, Astara rayonu ərazisində saxlanılan “QAZ-66” markalı avtomobilin yük yerindən isə qanunsuz olaraq kəsilmiş müxtəlif növ ağacların qalıqları aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl və qarışıq süxurların daşınmasının hallarına qarşı keçirdikləri ardıcıl yoxlama-nəzarət tədbirləri nəticəsində isə təkcə son bir həftə ərzində 15 fakt aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi