Region gəncləri üçün “İrəli”dən yeni layihə
Yusif Nəzərli
12:30 27.10.2022
Cəmiyyət
384
“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsinə start verilir.
Birliyin Mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, həyata keçirilən layihənin əsas məqsədi region gənclərinin ölkə maraqlarının qorunmasında iştirakçılığı təmin etmək, təşəbbüslərin artımına dəstək olmaq, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşmasına nail olmaqla dövlət gənclər siyasətinin inkişafına töhfələr verməkdir.
Layihə çərçivəsində region gənclərinin inkişafına dəstək vermək, gənclərlə iş sahəsinin prinsiplərini aşılamaq məqsədilə 7 müxtəlif regionda təlim proqramının icrası nəzərdə tutulur. Qeyd olunub ki, “Layihələrin yazılması və idarə olunması”, “Gənclərin təşəbbüskarlığının artırılması”, “Gənclərlə iş sahəsində rəqəmsal biliklər”, “Sosial şəbəkələrdən düzgün istifadə” və digər mövzularda baş tutacaq təlimlərdə ümumilikdə 200-dən çox gənc iştirak edəcək.
Müraciətlərin qəbulu 2 noyabr 2022-ci il tarixinədək davam edəcək. Layihədə qeyd olunan regionlarda yaşayan 17-25 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/regiongencleri
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm