Rəngli insanlar
Yusif Nəzərli
08:02 06.10.2021
Cəmiyyət
360
Bütün ömrümüz boyu yeni insanlar tanımaqdayıq. Əksəriyyəti ilə təsadüfən tanış oluruq. Sonra həmin tanışlıqlar yoldaşlığa, dostluğa, bəzən də sevgiyə çevrilir. Həmin insanla yola çıxırıq, nələrsə öyrənirik. Müəyyən müddət belə davam edir. Bəzən uzun illərlə. Sonra necəsə olur və həmin insan gedir. Deyildiyi kimi, ya zəlzələdən, ya vəlvələdən. Ardınca bir başqası gəlir. Haçansa yoldaşlardan birinin dediyi kimi, məlum olur ki, sən hayatının mərkəzindəsən. İnsanlar ətrafında fırlanırlar. Kimsə gəlir, kimsə gedir. Gələnlər gedənləri unutdura bilirlərmi? Əlbəttə, yox. Amma bu, başqa mövzudur.
İndi demək istədiyim odur ki, həyatımıza daxil olanlar eyni deyillər. Tam fərqli hisslər yaşadırlar. Xeyli müddət sonra bəzilərini sevgi, bəzilərini kədər, bəzilərini də hirslə xatırlayırıq. Şübhəsiz, ömür boyu unudu bilmədiklərimiz kimi, heç yada düşməyənlər də var.
Bu günlərdə həmkarlardan biri ilə danışırdım. Əlini masanın üzərindəki rəngli karandaşlardan düzəldilmiş bəzəyə uzadaraq soruşdu: "Görürsünüz?". "Bəli" dedim. Və əlavə etdi: "Həyatımızdakı insanlar da bu rəngli karandaşlar kimidir". Fikrini dərhal anladım. Haqlı idi.
Bəzən "ağ" insanlar tanıyırıq- pak, saf, duru su kimi. Onları Tanrının hədiyyəsi kimi qəbul edirik.
Hərdən "qara"larla rastlaşırıq. Aldanırıq. Pis xatirələrə səbəb olurlar. Ancaq həm də öyrənirik. Təcrübə qazanırıq. Növbəti dəfələrdə daha az səhvlər edir, necə deyərlər, daha ayıq- sayıq oluruq
"Mavi" insanlar həmin rəngin xüsusiyyətinə uyğun olaraq bizi soyuqqanlı edir, belə demək mümkünsə, "buza" çevirirlər.
"Qırmızı" adamlar həyəcanlandırır, riqqətə gətirir, "sarı"lar diqqət çəkir, "yaşıl"lar rahatlıq verir, dincəldir. Əlbəttə, başqaları da var. Ən azı rənglərin sayı qədər insan xarakteri, tipi mövcuddur. Hətta daha çox.
Həmin kolleqamın dediyi kimi, hər biri nə isə öyrədir, bizə nə isə qatır, daha da təkmilləşdirir. Yaxın buraxmasaq, qəbul etməsək özümüz yarımçıq qalacağıq, həmin rəngdən xəbərsiz olacaq və ömür boyu natamam yaşayacağıq. Odur ki, qapıları bəzən ağzına qədər açmaq lazımdır. Bir şərtlə: gərək ev sahibinin özün olduğunu unutmayasan.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət