“Report” İA-nın redaktoru BDU-da Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTO
Yusif Nəzərli
09:02 09.12.2022
Cəmiyyət
337
“Report” İnformasiya Agentliyinin redaktoru, tanınmış jurnalist İmdad Əlizadə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olub.
O, “Analitik jurnalistika” fənni üzrə “Müsahibə zamanı psixoloji məqamlar” mövzusunda ikinci kurs tələbələrinə mühazirə oxuyub.
Əvvəlcə fənn tədris edən müəllim Kənan Novruzov qonağın jurnalistika sahəsindəki fəaliyyəti barədə tələbələrə məlumat verib.
Ardınca İmdad Əlizadə müsahiblə söhbət zamanı diqqət edilməsi vacib olan amillər barədə danışıb. O bildirib ki, jurnalist müsahibəyə başlamamışdan əvvəl mövzunu dərindən öyrənməli, aydın və yığcam suallarla müsahibəyə hazırlaşmalıdır.
Redaktor vurğulayıb ki, jurnalist respondentlə müsahibəyə özünü və təmsil etdiyi KİV-i təqdim etməklə başlamalı, vəzifəsindən, xarakterindən asılı olmayaraq hər bir müsahiblə danışmağı bacarnalıdır. Onun sözlərinə görə, bu, jurnalistdən xüsusi məharətlə yanaşı, həm də təcrübə tələb edir.
İ.Əlizadə, həmçinin böhranlı durumlardan çıxış yolları barədə auditoriyanı məlumatlandırıb. Qonaq bildirib ki, situasiyadan asılı olaraq davranmaq, daim təmkinli, səbirli olmaq lazımdır.
Redaktor eyni zamanda jurnalistikanın mövcud durumu, müasir tendensiyalar, medianın müasir inkişaf meylləri barədə fikirlərini bölüşüb.
İ.Əlizadə sonda tələbələrin sualları cavablandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm