Risklər böyükdür ! - Rəqəmsal hücumlardan qorunun
21:30 26.01.2021
Cəmiyyət
638
Bütün dünyanı cənginə alan pandemiya müddətində bir sıra ölkələrdə tətbiq olunan karantin səbəbindən hər kəs zamanın çox hissəsini rəqəmsal dünyada keçirməyə başlayıb. Hətta bütün həyatımızı rəqəmsal dünyada yaşayırıq da deyə bilərik. Artıq təhsildən tutmuş ofis işləri, alış-veriş, demək olar ki, əyləncəyə qədər hər mövzuda rəqəmsal dünyanın üstünlüklərindən faydalanmaqdayıq. Ancaq unutmamalıyıq ki, rəqəmsal dünyada özümüzü və ailəmizi qorumağımızı tələb edən bir çox risklər də mövcuddur. İndi həmin risklərdən bəzilərini təqdim edirik:
Birincisi, ilk olaraq kibertəhlükəsizliyə ciddi şəkildə diqqət edilməlidir. Bu, xüsusilə uşaqlar üçün böyük təhdid yaradır. Rəqəmsal mühitdə edilən ifşa, böhtan, alçaltma və təhdid psixoloji təzyiqləri ehtiva edir.
Bu təzyiqlər adamda özünə inamsızlıq, ictimai qayğı və ailə içi narahatlıq kimi bir çox mənfi vəziyyətləri də özü ilə gətirir.
Valideynlər uşaqlarını kibertəhlükələrdən qorumaq üçün mütləq onları rəqəmsal mühitdə daimi izləmələri vacibdir. Və onlara kiber zorakılığı anlaya biləcəkləri bir şəkildə izah etməlidirlər.
İkincisi, sosial mediada hər hansısa mövzunun linkini basmamışdan öncə bir neçə dəfə bu mövzu ətrafında düşünülməsi mühümdür. Çünki təhlükəsizliklə bağlı problem yaşayanların çoxu hadisəni izah edərkən "Mənimlə bağlı bir elektron məktub olduğunu düşündüyüm üçün linkə basmışdım" deyir.
Halbuki, bu vəziyyət sosial şəbəkə dələduzlarının tez-tez tətbiq etdiyi üsullardan yalnız biridir. “Qarmaq atmaq” adı verilən bu üsulda istifadəçi linki basdığı andan etibarən kompüterinin arxa planına kiçik bir fayl endirilir və bu fayl sayəsində kompüterdə yer alan şifrəli fayllar ələ keçirilir.
Belə bir vəziyyətlə qarşılaşmamaq üçün əvvəlcə kompüter əməliyyat sisteminin aktuallığından və kompüterdə antivirus proqramının yüklü olduğundan əmin olunmalıdır. Gələn elektron məktubların və ya ictimai media mesajlarının etibarlı adamlara aid olub-olmadığına mütləq nəzarət edilməlidir.
Digər məsələlərdən biri isə uşaqlar üçün hazırlanmış xüsusi məzmunların seçilməsidir. Mənfi duyğuların və davranışların kütlələrə yayılmasında rəqəmsal mühitin gücü qarşısıalınmaz bir gerçəklikdir.
Bu səbəbdən də, xüsusilə uşaqların rəqəmsal mühiti yoxlanılmalıdır. Bununla yanaşı mütəxəssis tərəfindən yalnız uşaqlar üçün aid olan məzmun və tətbiqlərin seçilməsi mütləqdir.
ABŞ-da aparılan araşdırmaya görə, internet istifadəçilərinin 91 faizi bir veb sayta və ya tətbiqə üzv olarkən istifadə şərtlərinin tək sətirini oxumadan qəbul edir.
Bu səbəbdən də şərtdəki bütün maddələr qəbul edilmiş sayılır və fərdi məlumatların istifadəsinə qapı açılmış olur. Buna görə də gələcəkdə çətinliklər yaşamamaq üçün veb sayta üzv olarkən şərtlərin oxunmasına xüsusi diqqət yetirilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya