Maraqlıdır, bu, necə mümkün olacaq? "RİA Novosti"nin xəbərinə görə, Rusiya müsəlmanlarının Baş İdarəsi – Rusiya Müftilər Şurasının sədr müavini Ruşan Abbasov bildirib ki, ölkə müsəlmanları bu il Həcc ziyarətinə gedə biləcək. Səudiyyə Ərəbistanın Həcc ilə bağlı əsas şərti zəvvarların COVİD-19-a qarşı peyvənd olunmasıdır. Rusiya zəvvarları da bu ölkənin istehsalı olan “Sputnik V” peyvəndini vurdururlar.
Rusiya müsəlmanları Həccə gedəcək
08:48 06.04.2021
Cəmiyyət
447
Zəvvarlar bu ölkənin istehsalı olan “Sputnik V” peyvəndini vurdururlar
Azərbaycan, eləcə də qardaş Türkiyə pandemiya səbəbindən builki Həcc ziyarətinin baş tutmayacağını elan etsə də, Rusiya müsəlmanları müqəddəs məkanlara səfərə hazırlaşır.
Maraqlıdır, bu, necə mümkün olacaq? "RİA Novosti"nin xəbərinə görə, Rusiya müsəlmanlarının Baş İdarəsi – Rusiya Müftilər Şurasının sədr müavini Ruşan Abbasov bildirib ki, ölkə müsəlmanları bu il Həcc ziyarətinə gedə biləcək. Səudiyyə Ərəbistanın Həcc ilə bağlı əsas şərti zəvvarların COVİD-19-a qarşı peyvənd olunmasıdır. Rusiya zəvvarları da bu ölkənin istehsalı olan “Sputnik V” peyvəndini vurdururlar.
Baxmayaraq ki, Ümumdünya Səhiyyə Təşkilatı Rusiya peyvəndini təsdiqləməyib. Müftilər Şurası ümid edir ki, zəvvarların məhz bu peyvənddən istifadə etmələri onların yolunu kəsməyəcək. Sədr müavini SƏ-nin ünvanına xoş sözlər deməkdən də çəkinməyib: “Səudiyyə Ərəbistanı Həcc məsələsində siyasi düşüncədən çıxış etmir, mövcud vəziyyətə görə hərəkət edir”.
Qeyd edək ki, Türkiyə Diyanət İşləri Başkanlığı pandemiya səbəbindən bu il Ümrə ziyarətinə zəvvar göndərilməyəcəyini, Həcc ziyarətinin baş tutacağının da mümkünsüz göründüyünü bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya