Sabiq nazirdən məmurlara sərt tənqid: “Prezidentin “dərsindən qaçmaq” mümkün deyil”
Banuçiçək Kalbalıyeva
13:58 12.05.2020
Cəmiyyət
809
“Ya nümunə çıxarmalı, ya da digərlərinin aqibətini yaşamalıdırlar”
Hökumətin korrupsiyaya qarşı mübarizə kampaniyası çərçivəsində icra başçılarının vəzifədən kənarlaşdırılması, həbs edilməsi davam edir. Amma, bu, digər məmurlara dərs olmur. Bildiklərindən əl çəkmir, özlərini hakim hesab edirlər.
Belə icra başçıları haqqında “Sherg.az”a danışan keçmiş təhsil naziri Firudin Cəlilov onları sərt tənqid etdi:
“Əksər icra başçısı xalqı incitməklə məşğuldur. Dövlət başçısı onlara qulaq burması verdi. Prezidentin “dərsindən qaçmaq” mümkün deyil. Ya nümunə çıxarmalı, ya da digərlərinin aqibətini yaşamalıdırlar. Qəribədir ki, hələ qapıları döyülməyən icra başçıları vəzifəsindən azad edilən məmurlardan örnək almırlar. Skandinaviya ölkələrində belə deyil.
Bir məmurun digərinin aqibətindən dərs çıxarmadığını kimə desən , gülər. Ancaq bizim məmurlar o qədər harınlaşıb ki, özlərindən başqa heç kəsi görmürlər. 5-10 icra başçısını həbs etməklə vəziyyət düzəlmir. Sistemin dəyişməsinə, köklü islahatlara ehtiyac var. Həm də qeyd etdiyim kimi, Skandinaviya yanaşmasını Azərbaycana gətirmək lazımdır”.
F. Cəlilov “təmizləmə” işlərində hüquq-mühafizə orqanlarının da əməyini yüksək qiymətləndirdi:
“DTK-ın əməyini yüksək qiymətləndirirəm. Onlar çox yaxşı işləyirlər. Çünki bu proseslərə rəhbərlik edən şəxs yerindədir. Bu, həm də mesajdır-hərə öz yerində olmalıdır. Necə deyərlər, daş yerində ağırdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm