Sabunçuda söküləcək binaya etiraz edən sakinlə bağlı rayon icra hakimiyyətindən AÇIQLAMA - YENİLƏNİB
Yusif Nəzərli
17:42 11.03.2023
Cəmiyyət
744
Sabunçu rayonunda söküləcək binadan çıxmaq istəməyən sakinlə bağlı rayon icra hakimiyyəti (İH) açıqlama verib.
İH-dən Oxu.Az-a bildirilib ki, vətəndaşın ik təqdim etdiyi sənədlərdə (Sabunçu RİHB-nın 2366 saylı, 25.12.1992-ci il tarixli sərəncamında, şəxsi hesab vərəqsində və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində (DƏDRX) verilmiş 1119104654 qeydiyyat nömrəli, 12.11.2019-cu il tarixli çıxarışda) 13 saylı mənzilin ümumi sahəsi 143kv.m. olduğu qeyd edilib və mənzilin hər kv.m üçün 1000 (bir min manat) olmaqla 143000 (bir yüz qırx üç min) manat vəsait ayrılıb.
“Bundan sonra S.Orucova ayrı-ayrı zamanlarda 4 dəfə saxta yolla DƏDRX-dən çıxarış alıb və ən sonda yeni çıxarış təqdim edərək mənzilin 191 kv.m olduğunu və 191000 (bir yüz doxsan bir min) manat kompensasiya ödənilməsini tələb edib. Mənzildə əlavə tikintilərin aparılması və ya əlavə sahənin verilməsinə dair RİH-nin heç bir sərəncamı olmadığından DƏDRX-də mənzilin çıxarışında dəyişiklik edilərək mənzil sahəsinin artırılması narazılığa səbəb olub. Mənzil məhdud kommunal şəraitli olmaqla yanaşı, qəzalı vəziyyətdə olduğundan, siyahılar əvvəldən hazırlandığından və hər mənzilin sahəsinə uyğun maliyyə vəsaiti 2019-cu ilin may ayından Maliyyə Nazirliyi tərəfindən Sabunçu RİH-nə ayrıldığından vətəndaşa artıq kompensasiya verilməsi mümkün olmayıb.
Məsələ ilə bağlı köməklik göstərilməsi və Maliyyə Nazirliyinə əlavə vəsaitin açılması ilə bağlı müraciət olunması üçün BŞİH-nə Sabunçu RİH tərəfindən 5/7 saylı, 07.02.2022-ci il tarixli məktubla müraciət olunub. Əlavə olaraq onu da qeyd edək ki, S.Orucova mənzildə yaşadığı müddət ərzində kommunal xərclərini 143 kv.m yaşayış sahəsinə uyğun ödəyib”, - açıqlamada bildirilib.
18:38
Paytaxtın Sabunçu qəsəbəsi, Asif Əsədullayev, 30 ünvanında vaxtilə 30 ailə yaşayıb. Onlardan 29-na kompensasiya verilərək köçürülüb. Lakin sökülən evlərdən birinin sahibi tikinti şirkəti tərəfindən ona təqdim edilən şərtlərdən imtina edib. Hazırda ərazidə tək evi qalan sahib ancaq ev istəyir, lakin ona qanunauyğun sahədə ev vermirlər.
Belə ki, onun 191 kvadratmetrlik evinin müqabilində şirkət ona 180 kvadratmetrlik mənzil və ya 191 000 AZN pul təklif edib. Ev sahibi isə bu təkliflərlə razı deyil. Hazırda məsələ məhkəmədədir və araşdırma aparılır.
PhotoStock.az-ın sözügedən ərazidən ilə hazırladığı fotoreportajı təqdim edirik:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət