Şamaxıda “YAŞA” Mərkəzi fəaliyyətə başlayıb
07:14 09.02.2021
Cəmiyyət
501
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Üçüncü Bahar” İctimai Birliyinin təşkilatçılığı ilə Şamaxı rayonunda yaradılmış “Yaşa” mərkəzinin açılışı olub.
Açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları, Şamaxı şəhər Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, “Kapital Bank”, “Regional İnkişaf” İctimai Birliyi və Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
RİİB-in və “Kapital Bank”ın maliyyə dəstəyi ilə yaradılan “Yaşa” mərkəzinin əsas məqsədi pensiya yaşına çatmış insanları bir araya toplayaraq onların asudə vaxtlarının səmərəli təşkilinə, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakına, onların təhsil və məşğulluq imkanlarının artırılmasına dəstək olmaqdır. Mərkəzdə kompüter, idman, rəqs, yaradıcılıq, təlim, rəssamlıq otaqları və fərdi kitabxana fəaliyyət göstərir.
Qeyd edək ki, “Yaşa” mərkəzinin Bakıda da ofisi (Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi,1) fəaliyyət göstərir. Mərkəzin hazırda 2000-dən çox fəal üzvü var. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0556801155, 0555165002 nömrələrinə və ya “www.teqaudchu.az” saytına müraciət etmək olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı