Saqqal saxlamaq pandemiya dövründə virusa yoluxmaq riskini gücləndirir
Banuçiçək Kalbalıyeva
09:37 28.06.2020
Cəmiyyət
946
"Koronavirusun qısa müddətdə bütün dünyanı cənginə almasına lap əvvəldən hərə bir səbəb göstərir. Əsas səbəblərdən biri isə, sən demə, tamamən diqqətdən kənarda qalıb. Yaxşı ki, uzunmüddətli elmi araşdırmalarım nəticəsində bunu gec də olsa, üzə çıxara bildim.
Hələ neçə il əvvəl bütün dünyada kişilər arasında qalın şəvə saqqal dəbə düşüb, uşaqdan böyüyə hamı saqqal saxlamağa başlayanda fikirləşirdim ki, bunun əvvəl-axır bir xatası çıxmalıdır".
Sherg.az xəbər verir ki, bu sözləri öz feysbuk səhifəsində filologiya elmlər namizədi Yadigar Cəfərli yazıb.
Y. Cəfərli daha sonra bunları qeyd edib:
- Demə, alimlər illər öncə xəbərdarlıq ediblər ki, a kişilər, əl çəkin bu saqqal sevdasından. Saqqal saxlamağın belə baxanda çox böyük faydası yoxdur. Pandemiya dövründə isə olsa-olsa virusa yoluxmaq riskini gücləndirir. Üstəlik, peşəkar saqqal saxlayanlar yaxşı bilir, bu, hər gün ciddi qulluq və xərc tələb edən işdir. Gərək tez-tez səliqəyə salasan, həna qoyasan, üstünə qoz yarpağı düzəsən, yağlayasan, hər yarağın düzələndən sonra bir saqqal darağın da ola.
Dünya kişilərinin bir qismi isə, gəlin razılaşaq ki, saqqala bu qədər maya qoymaq nədir, əksinə, üzünü tez-tez qırxmağın ərincəkliyindən belə bir qlobal trendə məmnuniyyətlə qoşulub.
Budur, “Daily Mail” qəzetinin yazdığına görə, Amerikadakı koronavirusa nəzarət və xəstəliyin profilaktikası mərkəzlərindən biri hələ martda qalın saqqalın bu xəstəliyə yoluxma riskini düz 1000 dəfə artırdığını elan edib.
Tarixdə də sırf virusa yoluxma təhlükəsini nəzərə alaraq saqqal saxlamağın məhdudlaşdırılması ilə bağlı maraqlı faktlar var. I Pyotr hətta saqqal vergisi tətbiq etmişdi. Məclislərin birində isə şəxsən özü əyanlarının uzun saqqalını qayçılayıb tökmüşdü yerə. Hələ o vaxt təbabət təsdiqləyirdi ki, uzun və baxımsız saqqal əməlli yatalaq mənbəyidir.
Düzdür, müasir dünyamızda səliqəli saqqalın müəyyən üstünlükləri də olmamış deyil. Avstraliyadakı Kvinslend Universitetinin alimləri 8520 qadın arasında eksperiment apararaq müəyyənləşdiriblər ki, saqqallı kişilər qadınları müqayisədə bir qədər çox cəlb edirlər. Onlar uzunmüddətli münasibətlərə daha yararlı görünürlər. Saqqal kişilərin işə düzəlmək şansını da artırır. Namizəd haqqında bacarıqlı, inam yaradan, uğurlu kadr təsəvvürünü gücləndirir.
Pərəstiş etdiyim Hüqo, Tolstoy, Darvin, Həsən bəy Zərdabi və başqa belə böyük kişilər də öz zəmanələrinin dəbinə uyğun saqqal saxlayıblar. Üstəlik, bildiyim qədər dinimizdə də saqqal saxlamaq müstəhəb əməllərdən sayılır.
Amma bütün bunlar məni “Saqqalı hər gün təraş etməyin koronavirusa qarşı mübarizədə rolu – imkanlar, perspektivlər” mövzusunda doktorluq dissertasiyası yazıb dünya elminə töhfə verərək çoxdan haqq etdiyim professor adını almaq həvəsindən yenə daşındırmayacaq.
Sadəcə bilmirəm, saqqalım yoxdur deyə elmi arqumentlərim keçəcəkmi?!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm