Sarımsaqlı süd immuniteti gücləndirir, soyuqdəymələrdə çox faydalıdır
Turan
08:05 30.08.2020
Cəmiyyət
1140
Elm adamları sarımsaqla bağlı araşdırmalar zamanı, bu möcüzəvi bitkinin bir çox bahalı dərman vasitələrindən daha faydalı olduğunu açıqlayıb.
Həkim fitoterapeft Fizuli Hüseynov "fizulihuseynov, com" saytında bildirib ki, sarımsaqlı süd bizdə çox istifadə olunmasa da, olduqca faydalı bir reseptdir. Həkimin sözlərinə görə, həm sarımsağın, həm də südün faydalı tərəfləri bir-birilərini tamamlayırlar:
Əvvəlcə hazırlanması haqqında:
Deməli, süd bişirilir, 1 stəkan bişmiş ilıq südə 1-2 diş sarımsaq sarımsaqəzəndə əzilib qarışdırılır. Yaxşı olar ki, axşam yatmazdan əvvəl içilsin.
Faydaları:
1.Sarımsaqlı süd axşam yatmazdan əvvəl içilərsə yaxşı yuxu gətirir, yuxunu dərinləşdirir;
2. Sarımsaqlı süd çox əla bir qurdqovucudur, demək olar ki, bütün qurdlara (askarid, lyambliya, bizquyruq və s.) qarşı əla bir vasitədir. Daimi içilən zaman damarlarda parazitlik edən exinokok qurdlarına da təsir edir;
3. Allergiyadan, atopik dermatitlərdən əziyyət çəkənlər üçün əla bir vasitədir;
4. Həm sarımsaq, həm də süd yüngül işlədici təsirləri olduğundan qəbizlikdən və babasildən əziyyət çəkənlər üçün olduqca faydalıdır.
5. Sarımsağın və südün tərkibindəki zəngin kalsium həm uşaqlar üçün, həm böyüklər üçün, həm də klimakterik dövrdə olanlar üçün faydalıdır. Osteoporoz (sümük əriməsi) xəstəliyindən əziyyət çəkənlər üçün də faydalıdır;
6. Sarımsaqlı süd çox əla bir əsəb sakitləşdiricidir;
7. Sarımsaqlı süd yüksək təzyiqi aşağı salır, aşağı təzyiqi olanlar yaxşı olar bu qarışıma bal qarışdırsınlar;
8. Sarımsağın bədxassəli şişlərdə təsirini nəzərə alsaq sarımsaqlı süddən istifadə etmək daha faydalı olar;
9. Sarımsaq tək yeyiləndə mədədə qaşınma, aşılama kimi hallar əmələ gətirə bilir, amma sarımsaqlı süddə belə problem yoxdur;
10. Sarımsaqlı süd yüksək xolesterin, ateroskleroz, miokard infarktı kimi xəstəliklərdən əziyyət çəkənlər üçün olduqca faydalıdır;
11. Sarımsaqlı süd qanı durulaşdırır, qanı qatı olanlar üçün də faydalıdır;
12. Cinsi həvəsi artırır;
13. Mikrob mənşəli bütün xəstəliklərdə (bronxit, boğazgəlmə, revmatizm və s.) faydalıdır;
14. Sarımsaqlı süd səsi gözəlləşdirir, ödqovucudur;
15. Sarımsaqlı süd immuniteti gücləndirir, soyuqdəymələrdə çox faydalıdır;
16. Saç tökülməsindən əziyyət çəkənlər və tez-tez çiban və sızanaq səpənlər üçün faydalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə