Şəhid ailələrinə növbəti güzəşt...
Yusif Nəzərli
07:32 22.10.2021
Cəmiyyət
1001
Elman Məmmədov: "Yeni yaradılan iş yerlərində də işə götürülmə zamanı şəhid ailələrinə, müharibə qazilərinə üstünlük verilməsi çox vacib şərtlərdən biridir"
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Prezident İlham Əliyevin təsdiq etdiyi qanunun üçüncü maddəsinə sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı şəhid ailələrinə üstünlük verilir ifadəsi əlavə olunub.
Qanuna şəhid ailələrinə diqqəti artıracaq maddənin əlavə olunması ilə bağlı “Sherg.az”a danışan millət vəkili Elman Məmmədov bildirib ki, qanun layihələrində olan dəyişikliklər Prezidentin göstərişi və təşəbbüsü ilə həyata keçirilir:
“Azərbaycan Prezidenti daim bəyan edir ki, bizim siyasətimizin əsas məqsədi əhalinin sosial durumunun, maddi vəziyyətinin yaxşılaşmasına yönəlib. Görülən işlərin, tədbirlərin hər biri buna xidmət edir. Xüsusilə də şəhid ailələrinə, müharibə iştirakçılarına Qarabağ qazilərinə və ailələrinə həmişə qayğı, diqqət göstərilir. Bu proses hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən başlayıb. Bu istiqamətdə çoxsaylı prezident fərmanları və sərəncamlar, Milli Məclisin qərarları qəbul olunub. Əsas niyyət isə bu kateqoriyaya aid olan insanların yaşayış şəraitinin yaxşılaşmasıdır. Növbəti yenilik də bundan ibarətdir”.
Millət vəkili bunu da əlavə edib ki, yeni yaradılan iş yerlərində də işə götürülmə zamanı şəhid ailələrinə, müharibə qazilərinə üstünlük verilməsi çox vacib şərtlərdən biridir: “Həmçinin, təhsil sahəsində də belə güzəştlər var. Hətta ondan öncə olan dəyişikliklərdə də bu məsələlər nəzərdə tutulur ki, hər hansı idarə, təşkilat, yaxud müəssisədə ixtisarlar olan zaman şəhid ailəsi statusuna malik olan şəxslərə güzəştlər olunur. Bundan başqa, mənzil təminatında, səhiyyə və başqa sahələrdə də ölkə başçısının apardığı siyasətin mərkəzində diqqət həmişə olub və olacaqdır. Şəhid ailələrinin ailə üzvlərinin maddi təminatını yüksəltmək üçün onlara verilən prezident təqaüdləri, müavinətlər, başqa güzəştlərin də vaxtaşırı artırılması daim əsas məsələ olaraq qalır. Təbii ki, həmin güzəştlər təkcə şəhid ailələrinə deyil, eyni zamanda şəhid ailələri qədər olmasa da, müharibə əlillərinə, veteranlara, qazilərə, döyüşçülərə şamil olunur, bu məsələlər hər zaman gündəmdədir və istiqaməti getdikcə sosial durumun yaxşılaşdırılmasına xidmət edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm