Şəhid baş kəşfiyyatçının nişanlısından TƏSİRLİ SÖZLƏR: “Toyumuz olacaqdı, amma...”
Banuçiçək Kalbalıyeva
09:14 02.12.2020
Cəmiyyət
3768
“Torpaq-uğrunda ölən varsa, vətəndir” deyiblər. Biz qırx dörd günlük İkinci vətən müharibəsi ərəfəsində Qarabağın hər qarışının vətənimiz olduğunu bütün dünyaya sübut etdik. Elə ermənilərin özlərinə də. Çünki düşmən əsgərləri postlardan qaçanda, bizim igid hərbçilərimiz həsrətin və intiqamın gətirdiyi güclə ən təhlükəli postlara doğru qaçır, işğalçının kabusuna çevrilməyə tələsirdilər. Məhz bu səbəbdən də bizim şəhidlərimizlə qarşı tərəfin cəsədləri arasnda yerlə-göy qədər fərq var. Ən azından ruh, əqidə fərqlidir... Bizim bu gün qələbə paradına hazırlaşmağımızın ən səbəbkarlarından birinin məhz həmin şəhidlər olduğunu unutmamalıyıq. Çünki qalibiyyəti xeyli dərəcədə təmin edən onlar idi. 1999-cu il təvəllüdlü hərbi qulluqçu, baş kəşfiyyatçı Ənvər İmanov kimiləri...
“Sherg.az” olaraq şəhidlərimizi xalqımıza tanıtmaq məqsədilə onların əzizləri, yaxınları ilə həmsöhbət olmağa davam edirik. Bu dəfə qəhrəman döyüşçü Ənvərin nişanlısı Məleykə İbadova ilə danışdıq. O, nişanlısı barədə bunları deyib:
“Biz sinif yoldaşı idik.. Həmin vaxtdan bir-birimizi sevirdik. Ənvər məktəbi bitirəndən sonra əsgərliyə yollandı. Hərbi xidməti Tovuzun Ağdam kəndində, yəni sərhəd bölgəsində çəkdi.
Hərb sistemində işə başlamalı idi. Hətta sənədlərini vermişdi. Amma məlum hadisələrlə əlaqədar xidmətə çağırıldı. Əsgərlikdən qayıdanda nişanlandıq. Toyumuz olacaqdı, amma atası rəhmətə getdi və koronavirus pandemiyası başladı deyə, toyu təxirə saldıq. Sentyabr ayının 21-də, əvvəlcə, öz rayonlarına getdi. Müharibəyə çağırıldığını deyəndə inanmadım.
Elə bildim, zarafat edir. Lakin sonra başa düşdüm ki, nə bu işdə, nə də Ənvərin dediklərində zarafat var. Ayın 27-si zəng edəndə Tərtərə aparıldığını söylədi. Tapşırdı ki, narahat olmayım. Çox vətənpərvər idi. “Hərbi formanı geyinəndə özümlə qürur duyuram” cümləsi qulaqlarımda səslənir. Gəncə hadisələri vaxtı telefonla danışanda narahatlığımı bildirdim. Cavab verdi ki, öldü var, döndü yoxdur.
O vaxt təzə əməliyyat olunmuşdu. Qayıtmağı təklif etdim. “Mənə yaraşmaz” cavabı verdi. Dostları da, əsgər yoldaşları da onunla fəxr edirdi. Heç kimə pislik etməmişdi. Əksinə, hamı deyir ki, ən kritik məqamda neçə adama kömək edib. Əsgər yoldaşları elə hey Ənvərin vətənpərvərliyindən danışırlar. Deyirlər, postda itkilər barədə danışanda o, sanki həsədlə “şəhidlik müqəddəs zirvədir” deyirdi”.
Məleykə xanım Ənvər İmanovun necə şəhid olmasını da açıqladı:
"Döyüş yoldaşlarının sözlərinə görə, qarşı tərəfdən güllə atılanda hamı əyilir, özünü qoruyurdu. Ənvər isə, əksinə, elə bil, düşmənə meydan oxuyurmuş kimi ayağa qalxırdı. İradlara da “Onlar bizi vura bilərlər?” sualı ilə cavab verirdi. Bir başqası hərbi qulluqçu yaşca nişanlımdan böyük olmasına rəğmən, Ənvərin hər yerə ondan tez getməsindən danışır.
Son telefon danışıqlarımızda deyirdi ki, hər şeyə hazırlıqlı ol, dözümlü davran. Xankəndidəydilər. Zəng edəndə onun xeyirxahlığını növbəti dəfə təsdiq edən bir məqamı danışdı: deməli, ətrafda hin var imiş. Heyət “İrəli!” əmrini alır. Ənvər orada çox qala bilməyəcəyini və arxadan gələnlərin gec çatacağını bilərək acından ölməmələri üçün toyuq-cücəyə yem verir.
Yəni belə bir insan idi. Oktyabrın 29-da şəhid oldu. Bir yoldaşı ilə birlikdə Xankəndiyə kəşfiyyata gediblər. Sən demə, ermənilər meşədə gizlənibmiş. Qayıdanda top atırlar. Mərmi düz yanına düşür və nişanlım həmin an şəhid olur. Xəbəri gecə aldıq. Səhəri gün isə Sumqayıt Şəhidlər Xiyabanında dəfn etdik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət