Şəhid zamana sovrulmuş Vətəndir
08:29 18.03.2021
Cəmiyyət
468
Fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalovun “Şəhid zamana sovrulmuş Vətəndir” yazısını təqdim edirik.
Qarabağ 30 illik həsrətdən sonra Ana Vətənə qovuşdu. Musa öz qövmünü 40 il səhrada dolandırdı. Bu, yəhudi xalqının varoluşuna zərurətin hədiyyəsi idi. Xalq öz varlığını məkanda tapır, təsdiq edir.
Qansız, qadasız, şəhidsiz Vətən olmur... Şəhid zamana sovrulmuş Vətəndir.
Dünya belə qurulub: yuvanı - Vətənini qorumalısan, şəhidlik və sərkərdəlik Vətənə bağışlanmış ömürdür. Tarix xalqın ona qədər bir dəfə, ola bilər ki, təkrar-təkrar qoyulmuş əsasıdır. 300 Spartalı əfsanəsini 3000 azərbaycanlı məkan və zamanın həmdövrlüyünü bir daha təsdiq etdi. Görünür, bu tale yazısı seçilmişlərə Tanrı hədiyyəsidir. Tarix fenomendir!
Tarixi fenomen şəxsiyyətlər yaradır?!
Ali Baş Komandan Azərbaycan xalqının taleyində elə bir dönüş nöqtəsi, mehvəri yaratdı ki, bu bizim varoluşumuzun yeni səhifəsidir. Musa analogiyası, yeni zühur, bu fəlsəfənin zaman və məkanın mayasındadır. Biz xalq olaraq yenidən doğulduq. Bu azadlığın, zamanda varoluşun bayraqdarı Ali Baş Komandan İlham Əliyev oldu. Tanrı onu sevirdi, belə qismətlər, belə qəhrəmanlıqlar yalnız seçilmişlərə verilir, bu zaman və Tanrı hökmüdür.
Qərb müdriklərindən biri qeyd edirdi: məkan xalqın zamanıdır. Xalq, ordu və sərkərdə birliyi Tanrının tale yazısı kimi zamanı - məkanı bizə qaytardı...
Bu fəlsəfəni dərk edən xalq bir daha zəif düşməz. Güclü ordu, güclü xalq güclü sərkərdənin iradəsi, fenomen şəxsiyyəti ətrafında kondolidasiya olunur.
Söz ardı:
Media tam halında olmasa da, çoxluq şəklində Ağdamı ziyarət etdi. Düşüncəmə görə, bu çox düzgün qərar idi. Ermənistanın, erməni faşizminin törətdikləri ilə canlı ünsiyyətdə olmaq, onların yaratdıqları - "sənət əsərləri" ilə təmasda olmaq insan faciəsinin əsasları ilə tanış olmaq deməkdir!
Elm, ədəbiyyat adamlarının, xüsusilə filosofların da Qarabağa - Böyük bərpaya qədər - səfərlərini mütəmadi təşkil etmək lazımdır.
Tariximiz, taleyimiz, gələcəyimiz, xoşbəxtlik və faciələrimizin, inkişaf və çətinliklərimizin dərkində konsensus tapır. Kommunikativ fəlsəfə sosial, siyasi, ictimai, tarixi və s. prosesin dərkini zəruri edir. Faciələrin fəlsəfəsi dərk olunanda millət, xalq və dövlət yenidən doğulur! Tarixdə bir dəfə qoyulmuş düzgün əsas onun daima, təkrarən aktuallığını şərtləndirir.
Ali Baş Komandan, Qarabağın azadlığını təmin edən müzəffər sərkərdə İlham Əliyev həqiqətən gözəl deyib: QARABAĞ AZƏRBAYCANDIR!!!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya