Şəhidin atası: ““Qanımın son damlasınadək vuruşacam” sözləri…”
Banuçiçək Kalbalıyeva
08:48 09.02.2021
Cəmiyyət
804
Məşhur bir deyim var: sonunu düşünən qəhrəman olmaz. Biz Vətən müharibəsi dövründə bu fikrin nə qədər doğru olduğunu gördük. İkinci Qarabağ savaşı iştirakçılarının heç biri nəyin necə olacağını düşünmürdülər. Sadəcə döyüşürdülər. Elə buna görə də qəhrəman olmağı bacardılar.
Eyni ilə 1996-cı il təvəllüdlü Tərxan Qurbanov kimi. Tərxan Şəki rayonunun Kiçik dəhnə kəndində anadan olub. 2015-ci ildə Mingəçevir şəhərindəki 3 nömrəli məktəbi bitirib. Həmin il BDU-nun Biologiya fakültəsinə qəbul olub və dörd il sonra məzun adını qazanıb.
Atasının “Sherg.az”a dediyi kimi, sonra isə gənc yaşında şəhidlik zirvəsinə ucalıb:
“Oğlum 2019-cu ilin iyul ayında hərbi xidmətə yollandı. Orada tibb işçisi kimi fəaliyyət göstərib.
Nümunəvi xidmətinə görə sertifikatla təltif olunub. Müharibə başlayan ilk gündən döyüşlərdə iştirak edib. Sonuncu dəfə oktyabrın 31-də danışdıq.
Dedi ki, narahat olmayın, ürəyinizi buz kimi saxlayın, inşallah, torpaqlarımızı azad edib, qayıdacam. “Qanımın son damlasınadək vuruşacam” sözləri indiyə kimi qulağımdadır.
Tərxan noyabrın 6-da Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Ayın 25-də isə torpağa tapşırdıq.
Ürək həkimi olmaq istəyən oğlum ürəklərdə özünə taxt qurdu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı