Sənədi olmayan 926 uşaq doğulub
Yusif Nəzərli
12:42 09.05.2023
Cəmiyyət
788
Nikahdankənar uşaqların bu qədər çox olmasının səbəblərindən biri də erkən evliliklərdir
Milli Fəaliyyət Planına uyğun olaraq ölkənin bütün inzibati ərazi vahidlərinin icra nümayəndəlikləri tərəfindən doğum barədə məlumatların “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri” informasiya sisteminə ötürülməsi üçün müvafiq texniki imkanların yaradılması və bu sistemə 1.389 nümayəndəliyin qoşulması – respublikada doğumların vaxtında qeydə alınmasını və əhatəliliyini təmin edib.
Bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb. Qeyd edilib ki, nəticədə 2022-ci ildə 5.381 uşaq səyyar qaydada doğum evlərində dövlət qeydiyyatına alınıb.
Eyni zamanda qeydiyyat şöbələrinin və onların bu işə cəlb etdikləri icra nümayəndəliklərinin birgə fəaliyyəti ilə əvvəlki illərdə doğulmuş, lakin müvafiq sənədləri olmayan 926 uşağın doğum faktı müəyyənləşdirilib qeydə alınıb. Qarşıda duran vəzifələrdən biri də insan alverinə qarşı mübarizədə görülmüş işlərin ictimaiyyətə çatdırılması olub.
Ekspertlərin fikrincə, sənədi olmayan uşaqların əksəriyyəti qeyri-rəsmi münasibətlərdən dünyaya gələn uşaqlardır. Onların arasında şəxsiyyət vəsiqəsi olmayan valideynlərin uşaqları da var.
"Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, bəzi ailələrin məsuliyyətsizliyi, eləcə də evdə doğuş halları bəzən uşaqların sənəd ala bilməməsinə gətirib çıxardır:
"Dünyaya gəlmiş körpənin qeydiyyata salınmamasının müxtəlif səbəbləri olur. Burada qeyri-rəsmi nikahdan doğulanlar, atalığın müəyyən olunmaması, evdə doğuş halları, baxımsız körpələr, valideynin imtina etdiyi körpələr, regionda doğulub Bakıda yaşayan, yaxud əks halın yaşanması səbəbləri var ki, bu kimi hallarda körpələr qeydiyyatdan kənar qalır və heç bir sənədləri də olmur. Nikahdankənar uşaqların bu qədər çox olmasının səbəblərindən biri də erkən evliliklərdir. Qızlar nikah yaşı tamam olmadan ərə verilir və bu zaman doğulan uşaqlar nikahsız kimi qeydiyyata alınır.
Bəzi uşaqlar 10 yaşından sonra sənəd ala bilir. Nəticədə təhsil müəssisəsi uşağın yaşının çox olmasını əsas gətirərək onu məktəbə qəbul etmir. Həmin nüanslar yuxarıda sadalanan amillərlə yanaşı, valideynlərin təhsil səviyyəsinin, dünyagörüşünün aşağı olması səbəbindən də baş verir".
Hüquq müdafiəçisinin sözlərinə görə, sənədsiz uşaqlar bir çox hallarda məhkəmə prosesləri zamanı aşkarlanır: “Atalığın müəyyənləşməsi, yaxud aliment təyini üçün məhkəməyə müraciət edildikdə məlum olur ki, körpənin heç bir sənədi yoxdur. Həkimə, poliklinikaya müraciət edildikdə sənəd tələb edilir. Son zamanlar icbari tibbi sığorta üçün müraciətlərin artması da sənədsiz körpələrin aşkarlanmasına yol açır.
Bağçaya, məktəbəqədər hazırlığa, hətta məktəbə qeydiyyat üçün körpənin sənədi tələb edildikdə, valideyn “ayılır” ki, uşağın hələ də sənədi yoxdur. Uşaq gələcəkdə hər hansı problemlə üzləşməsin deyə, mütləq qeydiyyata alınmalıdır ki, müvafiq sənədləri də olsun, vətəndaşlığı da müəyyənləşsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm