SƏRT TƏNDİQ ! – “Fransa “öz gözündə tiri görmür, başqasında...”"!
Banuçiçək Kalbalıyeva
12:32 08.12.2020
Cəmiyyət
533
“Halbuki Fransada baş verənlərin ondabiri Azərbaycanda olsaydı çoxdan hay-küy salmışdılar”
“Yəni bu ölkə başqasına dərs keçmək əvəzinə, özü dərs götürsün”
Fransanın paytaxtı Paris şəhərində növbəti etiraz aksiyası keçirilir. Bu barədə “RİA Novosti” məlumat yayıb. Etirazçılarla polislər arasında gərginlik yaşandığı bildirilir.
Bir qrup etirazçı polisi daşa tutub. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Dünyaya demokratiya dərsi keçməyə çalışan Fransa bir özünə baxmırmı? Başqalarını “gözüm çıxdıya” salmaqla deyil axı…
Millət vəkili Məlahət İbrahimqızı “Sherg.az”a açıqlamasında deyib ki, rəsmi Paris bütün beynəlxalq hüquqları pozur:
“Fransanın bütün fəaliyyəti demokratik prinsiplərə, insan hüquqlarına ziddir. Bu hadisələr yeni deyil. Bir ildən çoxdur ki, Fransa şəhərlərində, o cümlədən paytaxt Parisdə aksiyalar davam edir. Əvvəl ancaq “sarı jiletli”lər mitinqlər keçirirdilər. Sonradan isə kütləvi nümayişlər ümummilli səciyyə daşıdı. Fransa “öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır”.
Əlbəttə, hamısı öz işləridir. Necə deyərlər, öz əlləri, öz başları…Amma qəribəsi və təəssüfləndiricisi beynəlxalq təşkilatların səssiz qalmasıdır. Halbuki Fransada baş verənlərin ondabiri Azərbaycanda olsaydı çoxdan hay-küy salmışdılar. Yəni Fransa başqasına dərs keçmək əvəzinə, özü dərs götürsün”.
M.İbrahimqızı, həmçinin Fransanın beynəlxalq hüququ görməzdən gəlməsinə dair daha bir fakt göstərib:
“Sosialistlər partiyasının bir neçə üzvü Xankəndiyə səfər edib, Araik Arutunyunla görüşüblər. Yəni bizdən icazə almadan bizim torpaqlarımıza gəliblər. Niyə? Çünki Fransa hər zaman olduğu km, indi də açıq-aydın ermənipərəst mövqe tutur, separatizmi dəstəkləyir. Bir müddət əvvəl italiyalı siyasətçilər də Qarabağa getmişdilər. Amma əvvəl bizə deyib, razılığımızı almışdılar. Əlbəttə, Azərbaycanın əcnəbi qonaqlara qapısı açıqdır. Fəqət dediyim kimi, icazə alınmalı idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya