“Sosial şəbəkələrə qanunvericiliklə naşir statusu verilməlidir”
Turan
08:29 31.05.2020
Cəmiyyət
779
“İndiki forum statusu onları qanundankənar qoyur”
“Qanunla tənzimlənsin ki, hər bir “online” media qurumu, hər bir bloger, hər bir şirkət onun paylaşımlarının altında yazılan şərhlərə görə məsuliyyət daşısın”
“ABŞ prezidenti Donald Trampın sosial şəbəkələrlə bağlı verdiyi qərar Azərbaycana da təsir edəcək və analoji qərarın verilməsinə gətirib çıxaracaq”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Razi Nurullayev deyib.
Deputat bildirib ki, birmənalı demək lazımdır ki, bu qərar daha çox vətəndaşların maraqlarının qorunmasına yüklənib:
“Qanun vətəndaş maraqları baxımından nəzərdən keçirilir və bunu doğru sayıram. Vəzifəli şəxslər də digər istifadəçilər kimi sosial şəbəkələrin qurbanı kimi nəzərdən keçirilir və siyasi fürsətçillərə yer qoymur. Bizdə də sosial şəbəkələrlə bağlı qərar verilən zaman istifadəçilərin söz azadlığını da qətiyyən məhdudlaşdırmaq olmaz. Amma verilən qərar vəzifəli şəxslər də daxil istifadəçiləri qeyri-etik məzmundan qorumalıdır.
Qeyri-etik, arzuolunmaz məzmunla bağlı sosial şəbəkə şirkətləri məsuliyyət daşıyır və bizim qanunda bu öz əksini tapmalıdır. “YouTube” və “Facebook” sosial şəbəkələrində xüsusi olaraq rəhbərliyi təhqir etmək üçün səhifələr yaradılıb. Əgər dövlətin birinci və ikinci şəxsləri təhqirə məruz qalırlarsa, digər vəzifəli şəxslərdən və adi istifadəçilərdən danışmağa dəyməz. Bu məsuliyyəti birbaşa “Facebook”, “YouTube” və “Google”un rəhbərliyi Mark Zuckerberq, Sergey Brin, Larry Page və Sundar Piçay daşıyır”.
Parlament üzvü vurğulayıb ki, Azərbaycan yeni qanunla tələb etməlidir ki, bu şirkətlər ölkə üzrə nümayəndə təyin etsinlər:
“Bu nümayəndələr arzuolunmaz məzmunu pozmaq, qadağan etmək səlahiyyətinə malik olsunlar. Yoxsa, biz günlərlə çalışıb şirkətdə hansısa mininci adama çıxıb filan səhifəni bağla və ya filan yazını pozun deyə bilmərik. Hesab edirəm ki, sosial şəbəkələrə qanunvericiliklə naşir statusu verilməlidir, indiki forum statusu onları qanundankənar qoyur.
Əlavə olaraq, qanunla tənzimlənsin ki, hər bir “online” media qurumu, hər bir bloger, hər bir şirkət onun paylaşımlarının altında yazılan şərhlərə görə məsuliyyət daşısın. Hər bir kəs qanunla məsuliyyət daşımalı və onun məsuliyyət dairəsi də qanunla aydın şəkildə göstərilməlidir. Lakin biz söz azadlığına toxunmadan bunun işlək mexanizmini də düşünməliyik. İşlək mexanizm olmasa, qanun qəbul olunsa belə idarə etmək mümkün olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya