Sosioloqla şairin fikri toqquşdu:"Öpüşüblər öpüşüblər də..."
Banuçiçək Kalbalıyeva
08:30 17.03.2020
Cəmiyyət
1150
Lalə Mehralı: "Əgər belə bir halda övladım həmin gənclərin nə etdiyini məndən soruşsa, təbii ki, heç bir cavab verə bilməyəcəm"
Kəramət Böyükçöl: "Öpüşüblər öpüşüblər də. Günah onlarda yox, onlara baxandadır"
Bir neçə gündür sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan biri də metrostansiyanın ekskalatorunda öpüşən iki gəncdir. Fotoları yayılan gənclərə münasibət birmənalı deyil.
Bəziləri milli mentalitetimizə uyğun hərəkət sərgiləmədiklərinə görə onları tənqid edir, bəziləri isə insanların şəxsi həyatına müdaxilə etməyin düzgün olmadığını düşünərək məsələyə normal yanaşırlar. “Sherg.az”a münasibət bildirən jurnalist, sosioloq Lalə Mehralı deyir ki, ictimai yerdə belə hərəkətə yol vermək əxlaqa ziddir:
“Bunu necə qiymətləndirirlər qiymətləndirsinlər, ancaq mən həmin gəncləri dəstəkləyə bilmərəm. Nəzərə almaq lazımdır ki, bu mənzərəni hər kəs, o cümlədən də uşaqlar görə bilər. Əgər belə bir halda övladım həmin gənclərin nə etdiyini məndən soruşsa, təbii ki, heç bir cavab verə bilməyəcəm. Sevgililər biri-birlərini qucaqlaya, yanaqlarına məsum öpüş qondura bilərlər, fəqət, az qala, ağız-ağıza girmək həm etik, həm də gigiyenik cəhətdən yolverilməzdir. Yenə deyirəm, sevgililərin eşq yaşamasına pis baxmıram. Ancaq şəhərin mərkəzində bu cür məhrəm görüntü ortaya qoymağın tam əleyhinəyəm”.
Şair Kəramət Böyükçöl isə məsələni böyütməyə ehtiyac olmadığını düşünür:
“Bizim o qədər müzakirə ediləsi problemlərimiz var ki... Öpüşüblər öpüşüblər də. Günah onlarda yox, onlara baxandadır. Belə məsələlərə normal yanaşmaq lazımdır. Mən iki gəncin öpüşməsində heç bir əxlaqsızlıq görmürəm. Məsələn, seçki saxtakarlığına yol vermək qat-qat böyük qəbahətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə