Soyqırımının 30 illiyini Xocalıda qeyd etmək mümkün olacaq"
Turan
10:03 13.02.2021
Cəmiyyət
648
"Xocalı soyqırımı 20-ci əsrdə ermənilərin insanlıq əleyhinə törətdiyi ən böyük cinayətdir".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, hər il fevral ayında Azərbaycanda və soydaşlarımızın yaşadığı dünyanın bir çox ölkələrində Xocalı soyqırımına həsr olunmuş anım mərasimləri, sərgilər, piketlər, dinc nümayişlər keçirilir:
"Beynəlxalq ictimaiyyət erməni terroru nəticəsində milli, dini mənsubiyyətinə görə, bir gecə ərzində 700-ə yaxın dinc insanın qətlə yetirilməsi ilə məlumatlandırılır.
Soyqırıma məruz qalanların tam əksəriyyətini ə qadınlar, yaşlılar və uşaqların təşkil etməsi erməni vəhşiliyinin amansızlığının göstəricisidir.
Əvvəlki illərdən fərqli olaraq, bu ilki mərasimlər tam fərqli hisslərlə qeyd olunacaq. İnsanlar 29 illik nisgildən sonra, Vətən müharibəsində əldə olunmuş möhtəşəm Qələbənin bəxş etdiyi fərəhli hisslərlə soyqırım qurbanlarını, şəhidləri yad edəcəklər. Şəhidlərin ruhu şaddır. Allah rəhmət eləsin".
Parlament üzvü builki tədbirlərin Xocalıda keçirilməsi təklifinə də münasibət bildirib:
"Düşünürəm ki, bu hələ tezdir. Hazırda həssas dövrdür və hadisələri qabaqlamaq lazım deyil. Hesab edirəm ki, faciənin 30 illiyini Xocalıda qeyd etmək mümkün olacaq.
Bundan sonra da genişmiqyaslı təbliğat işi davam etdirilməli, faciənin digər dövlətlər tərəfindən soyqırımı kimi tanınması istiqamətində işlər aparılmalıdır.
Nə qədər ki, ermənilər saxta "soyqırım", ölkəmizə qarşı torpaq iddialarından əl çəkməyiblər, biz də adekvat təbliğatı aparmalıyıq. Bu məsələdə ermənilərin gələcək davranışlarından çox şey asılıdır".
N.Məhəməliyev qeyd edib ki, erməni cəmiyyəti xaotik dövrünü yaşayır:
"44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu dünya erməniliyinə elə bir zərbə vurdu ki, Ermənistanın daxilində və diaspora təşkilatlarında ciddi parçalanmalar baş verdi. Ermənilər hələlik məğlubiyyətlə barışmaq istəmirlər. Görünür, zamana ehtiyac var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya