Stoltenberq: “Əsas öhdəliyimiz müttəfiqlərimizi qorumaqdır”
Yusif Nəzərli
14:15 24.05.2022
Cəmiyyət
379
NATO ölkələri illərdir Ukraynaya mühüm tərəfdaş kimi kömək edir. Onlar Ukrayna ordusunu silahla təmin edib, təlimlər keçiblər.
Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı bildirib.
O qeyd edib ki, bu səylərin bəhrələri artıq döyüş meydanında görünür.
Lakin vurğulayıb ki, bununla belə NATO hazırda Ukraynada vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışır. Buna səbəb müharibənin Ukrayna sərhədlərindən kənara çıxmamasıdır.
“NATO mühüm tərəfdaşımız olan Ukraynaya kömək edir. Amma bizim əsas öhdəliyimiz müttəfiqlərimizi qorumaqdır. Bu o deməkdir ki, biz müharibənin genişlənməsinin qarşısını almalıyıq. Biz münaqişədə birbaşa iştirak etməyəcəyik. Şübhəsiz ki, biz ukraynalıları dəstəkləyəcək və onlara kömək edəcəyik, çünki onların özlərini müdafiə etmək hüququ var. Lakin biz döyüş meydanında olmayacağıq”, - deyə Stoltenberq bildirib.
Mənbə: Zn.ua
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm