Subay insanlar daha ağıllıdır? - 13 illik araşdırma yekunlaşıb

Sürix Universitetinin apardığı 13 illik araşdırmada 17 min Avropa gənci 16-29 yaş arası izlənilib.

Sherg.az xəbər verir ki, nəticələr göstərib ki, uzun müddət tək qalmağı seçən şəxslər ümumiyyətlə daha yüksək zəkaya və təhsil səviyyəsinə malikdirlər. Kişilər qadınlara nisbətən daha uzun müddət yalnız qalmağı üstün tuturlar.

Digər tərəfdən, uşağı olan və ya sahibi olmaq istəyənlər daha yaşlı və psixoloji cəhətdən sabit tərəfdaşları cəlbedici hesab edirlər. Lakin subayların maliyyə baxımından daha az təminatlı olduqları, eyni zamanda tək yaşamanın depresiya və anksiyete riskini artırdığı da qeyd olunub.