Sumqayıtda rüşvətə görə işdən çıxarılan direktor başqa vəzifədə çalışır
Yusif Nəzərli
10:19 22.10.2022
Cəmiyyət
413
Müəllimlərdən rüşvət tələb etdiyi üçün vəzifəsindən azad edilən, Sumqayıt şəhər 32 saylı orta məktəbin sabiq direktoruna başqa vəzifədə çalışır.
Trend xəbər verir ki, sabiq direktor Esmira İbrahimova Sumqayıt şəhəri üzrə təhsil şöbəsində metodist vəzifəsində işləyir.
Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru İbrahimova Esmira Famil qızı müəllimlər üçün yaratdığı “Whatsapp” qrupuna və ayrı-ayrı müəllimlərə səs ataraq hər müəllimdən 50 manat tələb etmişdi. Orta məktəbin təmiri bəhanəsi ilə pul tələb edən direktor səs yazısında həmçinin müəllimləri əməkhaqlarından da pul tutulacağı ilə də hədələmişdi. Səs yazısı yayılandan sonra məsələ ilə bağlı araşdırmalar aparılmış və direktor vəzifəsindən azad edilmişdi.
Həmçinin faktla bağlı Baş Prokurorluqda da araşdırma başlanmışdı.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən (AXRTİ) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Esmira İbrahimova 08.05.2012-ci ildən Sumqayıt şəhər Təhsil Şöbəsində metodist vəzifəsində çalışır. Məktəb direktorluğu fəaliyyətində və işində yol verdiyi nöqsanlara və xətalara görə tutduğu vəzifədən azad edilib. Hal-hazırda AXRTİ-də metodist vəzifəsində çalışmaqdadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm