Sürücülər etiraz edir: Yanacaq keyfiyyətsizdir - PROBLEM
Məlahət Rzayeva
07:29 29.10.2019
Cəmiyyət
738
“Dərviş Parisi partladır” filmində dərviş Məstəli “şah”ın Parisi “partlatmaq” üçün barıt istifadə etdiyi yadınızdadır, yəqin. Barıtın “doza”sı o qədər çox olur ki, əməlli-başlı parta-part düşür, tövlə də darmadağın olur, “Paris”lə bir yerdə. Məstəli “şah”ın “gəda, bu qədər də barıt qoyarlar?!” deyib əlaltısı, rəhmətlik Fazil Salayevin başına qapaz salması da unudulmayacaq səhnədi. Günümüzdə avtomobil ustası “A-92” benzinlə bağlı araşdırma aparıb və məlum olub ki, 92 benzinin oktanı 100-ü keçir. Yəni eyni vəziyyət: bu qədər də oktan olar?!.
Benzinin tərkibinin keyfiyyətsiz olması zaman-zaman gündəmə gəlir. Sürücülər də narazılıq edir, avtomobilə minənlər də. Birincisi, benzin sanki bulaq suyudur, axıb gedir. İkincisi, pis qoxusu var. Üçüncüsü, avtomobilin mühərrikini sıradan çıxarır. Sürücü diliylə desək, maşın “yaxşı çəkmir”. Dördüncüsü, avtomobilin salonu qaz havası ilə dolur, minənlərin başını ağrıdır, ürək bulanması verir. Beşincisi... Burda dayanaq. Və görək nə baş verir.
“Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı “Şərq”ə açıqlamasında benzinin keyfiyyət məsələsinin problemli olduğunu dedi:
"Yanacağın keyfiyyəti ilə bağlı məsələ ürəkaçan deyil. Bu məsələdə biz digər ölkələrdən geri qalırıq. İnsana təsir edən də budur ki, neft ölkəsi olduğumuz halda niyə vətəndaşlara keyfiyyətsiz benzin satılmalıdır? Keyfiyyətsiz benzin hərtərəfli ziyandır. İlk növbədə sağlamlığa ziyandır. İnsanları maddi ziyana uğradır. Avtomobillər nasaz vəziyyətə düşür. Ətraf mühitin havası çirklənir, zəhərlənir. Bütün bunlar vətəndaşların səhhətinə zərbə vurur. Keyfiyyətsiz benzin satanlar düşünsünlər ki, onların övladları da bu şəhərin havasını udur. Onkoloji xəstəxananın qarşısında dayananların sayı artmaqdadı. Bunlar çox ciddi problemlərdir və təcili həllini tapmalıdır. Bu zay məhsulu biz öz insanlarımıza satırıq. Niyə 10 il əvvəl bu pis qoxular yox idi? Amma indi var, hamı da bunu görür, hiss edir. Amma ölçü götürülmür".
E.Muradlı qeyd etdi ki, bu problemin həlli ilə SOKAR və İqtisadi İnkişaf Nazirliyi məşğul olmalıdır:
"SOKAR bildirir ki, onlar yanacaqdoldurma məntəqələrinə təmiz yanacaq verirlər. Nə baş verirsə, yanacaqdoldurma məntəqəsində olur. Əvvəllər Sənaye və Energetika Nazirliyi bir neçə dəfə yanacaqdoldurma məntəqələrində yoxlamalar aparardı. İndi bu işi İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumları etməlidir. Bütün sürücülər hansı yanacaqdoldurma məntəqəsində necə benzin satılır, bilir. Sürücü bilir ki, avtomobilə harda benzin vuranda pis qoxu gəlir, harda benzin lazımi qaydada sərf olunur, harda vurulan benzin də sanki su kimi axıb gedir. E.Muradlı qeyd etdi ki, növbəti ildən Gürcüstan Azərbaycandan dizel yanacağı almağı dayandıracaq. Gürcüstan elan edib ki, artıq Avro-4 standartına keçir. Deməli, bizim yanacaq Avro-4 standartına uyğun deyil. Həm də Gürcüstan 2020-dən “Avro-4”-ə keçir, Azərbaycan isə 2014-dən “Avro-4”də”dir. Məncə, Gürcüstanın Azərbaycan yanacağından imtinası bizə mesajdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
19:47 18.03.2026
Cəmiyyət
Zaxarova Paşinyanı Aİ ilə bağlı mövqeyinə görə tənqid edib
19:33 18.03.2026
Region
Dünyanın ən böyük qaz yatağına zərbələr qazın qiymətini yüksəltdi
19:13 18.03.2026
Dünya
Prezident Xocavəndin Xanoba kəndində olub - YENİLƏNİB
18:52 18.03.2026
Rəsmi
Vaşinqton “Tramp Marşrutu”nu gündəmdən çıxarır?
18:10 18.03.2026
Cənubi Qafqaz
Mixail Zabelin “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu
17:48 18.03.2026
Gündəm
Qazaxıstanda ailə məsələləri üzrə ombudsman institutu yaradılıb
17:32 18.03.2026
Dünya
Təqaüdçülərin sayı azalır, doğumlar kəskin düşür - AÇIQLAMA
17:20 18.03.2026
Sosial
İranlı qadın futbolçular Avstraliyadan ölkələrinə qayıdıblar
17:07 18.03.2026
Gündəm
Əli Laricani şənbə günü Məşhəddə dəfn ediləcək - YENİLƏNİB
16:44 18.03.2026
Gündəm
Dondurma arabası ilə tarix yazdılar: Avstraliyada “Çanaqqala ruhu”
16:22 18.03.2026
Gündəm
Vüqar Qurbanovdan sonra o da işdən çıxarıldı - FOTO
16:01 18.03.2026
Gündəm
ABŞ Prezidenti Donald Tramp İranı məhv etməklə hədələyib
15:52 18.03.2026
Gündəm