Tarixin ən yaşlı qatili
Yusif Nəzərli
08:34 09.05.2023
Cəmiyyət
515
Baba Anujka “sehirli su”yu kişilərindən narazı qadınlara satırmış, həmin kişilər 8 gün sonra vəfat edirmiş
Silsilə qətllər törətməklə dünyada məşhurlaşmış Baba Anujka (“baba” kəlməsi qadın, arvad, nənə mənalarında da işlənir) kimi tanınan qatı cinayətkar qadın tarixə həm də ən yaşlı qatil olaraq düşüb. “Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, onu “Banat cadugəri”, “Vladimirovac cadısı” da adlandırırlar. Qatil qadın Yuqoslaviyanın Vladimirovac bölgəsində yaşayıb. Lakin doğum yeri Rumıniya olaraq göstərilir. Əsl adı Ana di Riçtonya olan Baba Anujka 1838-ci ildə Rumıniyada zəngin bir ailədə anadan olub. 1849-cu ildə Avstraliya İmperatorluğunun tərkibində olan Banat Hərbi Sərhəd bölgəsindəki Vladimorovaca köçüblər. Anujka Pançevoda özəl məktəbə gedib, orada zəngin ailələrin övladlarıyla birlikdə təhsil alıb. Rəvayətlərə görə, Anujka avstriyalı gənc zabitlə eşq macərası yaşayıb. Bu zaman 20 yaşındaymış. Gənc zabit onu tərk etdikdən sonra isə Anujka insanlara, xüsusən də kişilərə nifrət bəsləməyə başlayıb. Və silsilə qətllər də belə başlayıb. Baba Anujkanın XIX əsrin sonları XX əsrin əvvəllərini əhatə edən dönəmdə təxminən 150 nəfəri zəhərləyərək öldürdüyü bildirilir. Gənc qadının qatilə dönməsinin səbəbi sevgi uğursuzluğu göstərilir. Kimya fənni üzrə təhsil almış Anujka tənhalığa çəkilib, tibb və kimyagərliyi dərindən öyrənməyə başlayıb. 5 xarici dil bilirmiş. Qadın evinin bir hissəsində kimya laboratoriyası təşkil edib. Şəfalı otlardan, bitkilərdən dərman düzəldib, təbib olaraq tanınır. Səhhətində problem yarananlar ona müraciət edib. Hazırladığı dərmanları satmaqla böyük gəlir əldə edib. Bununla yanaşı, qadının orqanizmdə nasazlıq yaradan dərmanlar da hazırladığı, bunları “sehirli su” və ya “eşq şərabı” adı altında insanlara satdığı da deyilir. Anujka “sehirli su”yu kişilərindən narazı qadınlara satırmış, həmin kişilər 8 gün sonra vəfat edirmiş. Anujka ona müraciət edən qadınlardan ərləri haqqında məlumat alıb, hansına nə qədər “su” veriləcəyini hesablayırmış. Sonralar məhkəməyə çağırılan əri ölmüş qadınlar isə deyib ki, Anujkanın onlara zəhərli içki verdiyini bilməyiblər. Onlar elə bilib ki, qadın onlara ərlərinin rəftarı, onlara qarşı münasibəti düzəlsin deyə, cadu oxuduğu sudan verib. Amma Anujkanın satdığı “sehirli su”yun 150 nəfəri öldürdüyü bir gerçəkdir. Anujka dərman “sənayesini” xeyli genişləndirə bilib, hətta satış təmsilçisi də olub. Onun vəzifəsi isə potensial alıcılar cəlb etmək olub. Anujka “sehirli su”ya 2000-10.000 yuqoslav dinarı qiymət qoyub. Anujkanın sonunu gətirən də alıcılarından biri – əri “sehirli su”yla öldürülən Stana Momirov isimli qadındır. Qadının ikinci ərinin qohumu qəfil vəfat etdikdə, Stana Baba Anujkanın “sehirli su”yundan şübhələnib və polisə müraciət edib. Beləliklə də illərlə insanları zəhərləyərək öldürən qadınla bağlı istintaq başladılıb. İstintaqda Baba Anujkanın bir deyil, bir neçə nəfərin ölümündə təqsirli olması sübuta yetirilib, o, 15 il həbs cəzasına məhkum edilib. Lakin yaşlı olması nəzərə alınaraq 8 ildən sonra azad edilib və ömrünün qalanını Vladimirovacdakı evində keçirib, 100 yaşında vəfat edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm