“Təbiətin çox şey verdiyi xalqlar mədəniyyətə az şey verirlər”- Həkim sübutlar sadalayır
Banuçiçək Kalbalıyeva
14:43 05.03.2020
Cəmiyyət
778
“Yəni ancaq səhhət yox, psixoloji durum, xarakter də birbaşa olaraq xarici amillə əlaqədardır”
“Dumanlı hava şəraitində meteohəssas insanlar özlərini qorumalıdırlar. Həmçinin revmatizmalı insanlar rütubətli havadan uzaq olmalı, az maye qəbul etməlidirlər”
Bu gün səhər saatlarından başlayaraq Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Görünüş 700, bəzi yerlərdə 200 metrədək məhdudlaşıb. Nisbi rütubət də 91 faiz civə sütunu olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi dumanlı havanın səbəbini açıqlayıb. Məlumata görə, duman az qradiyentli atmosfer təzyiqi sahəsində zəif cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin sahilyanı ərazilərə yayılması fonunda yaranıb. Bu meteoroloji hadisə hazırda nəinki Abşeron yarımadası, həm də Xəzərin şimal akvatoriyasını əhatə edir. Duman adətən səhər və gecə saatlarında su hövzələrinin üzərində və çökəkliklərdə yaranır. Bu meteoroloji hadisə nisbətən isti səthə enən soyuq hava kütlələri ilə əlaqədardır.
Ancaq bir çox insanlar üçün belə anormal hava şəraiti diskomfort yaradır. Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu da “Sherg.az”a açıqlamasında qeyd edib ki, xarici mühitin dəyişilməsinin təkcə insanın səhhətinə yox, psixoloji durumuna da təsir göstərir:
“Təkcə hava şəraitinin dəyişilməsi yox, mədəni dəyişiklik də insanlara mənfi təsir edir. Bir ölkədən başqa ölkəyə gedən insanların iki-üç gün narahatlıq keçirdiklərini təcrübə sübut edib. Elm də təsdiqləyir ki, insanlar yaz vaxtı, günəşli havada müsbət auralı olurlar. Soyuq və bugünkü kimi dumanlı hava şəraitlərində isə özlərini süst və əzgin hiss edirlər. Ona görə də şimalda yaşayanlar daha kəskin xaraktərə sahib olurlar. Bu səbəbdən deyirlər ki, təbiətin çox şey verdiyi xalqlar mədəniyyətə az şey verirlər. Yəni ancaq səhhət yox, psixoloji durum, xarakter də birbaşa olaraq xarici amillə əlaqədardır”.
S.Cəlaloğlunun sözlərinə görə, bu cür hava şəraitlərindən qorunmaq üçün insanlar bacardıqları qədər evdən çölə çıxmamalıdırlar:
“Yazda qan qaynayır” ifadəsi çoxdan isbat edilib. Yazın digər fəsillərdən əsas fərqi dəyişkən olmasıdır. Əlbəttə, meteohəssas insanlar özlərini qorumalıdırlar. Günəş radiasiyasına məruz qalmamağa çalışmaq lazımdır. Həmçinin revmatizmalı insanlar rütubətli havadan uzaq olmalı, az maye qəbul etməlidirlər. Ümumiyyətlə, insanlar özləri öz həkimlər olmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm