Təhsil ən güclü vasitədir
03:34 16.09.2020
Cəmiyyət
700
Bu sahədə atılan hər bir uğurlu addım ölkəmizin inkişafının təminatıdır
2020-2021-ci tədris ilində pandemiya ilə əlaqədar olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilib. I-IV siniflər tədris ilinə əyani və distant, V-XI siniflər isə distant formada başlayıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil edilir.
Bu gündən distant formada tədrisə başlayan ali, orta ixtisas və peşə təhsili müəssisələrində də əyani formada təhsil bərpa olunanadək distant şəkildə tədris davam etdirilir.
"Bilik Günü" münasibətilə bəzi millət vəkilləri öz sosial media şəbəkələrində paylaşımlar edərək şagirdləri, tələbələri, müəllimləri və valideynləri təbrik ediblər.
Mövcud pandemiya ilə əlaqədar olaraq şagird və tələbələrin mərhələli şəkildə dərslərə başlayacağını vurğulayan millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, bu gün məktəb həyatına qədəm qoyan birincilər üçün xüsusilə əlamətdar, sevincli bir gündür:
"Bu gün insanların arzularına, xəyallarına çatmasına, gələcəyə dair planlarını gerçəkləşdirmələrinə zəmin yaradan bir həyat yolunun başlanğıcıdır.
Ancaq təəssüf ki, hazırda minlərlə məcburi köçkün statuslu şagirdlərimiz, tələbələrimiz təhsil həyatlarını öz doğma yurdlarından kənarda davam etdirirlər. Amma şagirdlərimiz, tələbələrimiz unutmamalıdır ki, torpaqlarımızın azad edilməsində, eləcə də ölkəmizin regional və qlobal səviyyədə daha da üst mövqeyə çatmasında təhsil ən güclü vasitədir. Təhsildə atılan hər bir uğurlu addım ölkəmizin inkişafının təminatıdır. Odur ki, əziz şagirdlər, tələbələr və valideynlər, hər birinizi bu əlamətdar gün münasibətilə təbrik edir və bu məsuliyyətli həyat yolunda uğurlar arzu edirəm".
Millət vəkili Nigar Arpadarai də balasını məktəbə göndərənlər sırasında olduğunu deyib:
"Mən də balamı məktəbə göndərdim. Buna çox sevinirəm. Yaxın bir zamanda əvvəlki həyat tərzinə qayıtmağa ümidliyəm. Amma başa düşürəm ki, bu hələ də asan deyil və bizdən səbr, anlayış tələb edir.
Gələcəyə nikbin baxmaq lazımdır. Bütün valideynlərə, müəllimlərə, balalarımıza can sağlığı, uğurlar arzu edirəm. Yeni tədris ilinin başlanğıcı münasibətilə təbrik edirəm!".
Cəmiyyətin inkişafı və yüksək səviyyədə formalaşması üçün savadlı və əxlaqlı insanların yetişməsində məktəbin böyük rol olduğunu vurğuluyan millət vəkili Könül Nurullayeva bildirib ki, məktəbin verdiyi keyfiyyətli təhsil nəticəsində həm cəmiyyət, həm də dövlətimiz güclənir:
"Çox sevindirici haldır ki, bu gün ölkəmizdə təhsil siyasəti uğurla davam etdirilir və təhsil sistemimiz həm milli-mənəvi dəyərlərimizə, həm də beynəlxalq təcrübəyə əsaslanaraq daha da güclənir. Bu işdə zəhməti və qayğısı böyük olan müəllimlərin rolu danılmazdır.
Bilik günü münasibətilə bütün müəllimləri, şagirdləri və onların valideynlərini təbrik edir, onlara cansağlığı və uğurlar arzu edirəm!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm